Оставьте комментарий |
18.03.2010 22:23 |
|
I FƏSİL
SƏFƏR HAZIRLIQLARI
23.06.2004
Nizami bağı, Ekoloji Təhsil və Tədris Mərkəzi
O qədər də geniş olmayan konfrans otağı, çıxışlar üçün lazım ola biləcək heç bir müasir texniki avadanlıqla təmin olunmamışdı. Sinevizyon, mikrofon, səs gücləndirici, çəkiliş kamerası bir yana, hələ üstəlik otağın interyeri də bədbin gündə idi. Ən azı beş-on il bundan əvvəl divarlara vurulmuş kələ-kötür astar şpaklyovka artıq bir neçə yerdən iri dəliklər şəklində qopmuşdu. Hələ qopulmayan əksər yerlərdə isə qabarmalar hiss olunurdu. Ətrafa sərasər yayılmış bir-birilə bağlı və bağımsız konturlar, çartlaqlar – daha doğrusu potensial qopmalar soyuq qış aylarında bina daxilində güclü nəmişliyin yer aldığından xəbər verirdi.
|
|
Оставьте комментарий |
18.03.2010 22:15 |
|
QORXULU ƏHVALATLAR SİLSİLƏSİNDƏN
"ATSKURİ-SEVERNAYA" adlı mistik-fantastik povest
Fərhad MƏMMƏDOV

|
|
Оставьте комментарий |
06.03.2010 05:13 |
|

OQONYOK JURNALI, 1978 Aprel sayı – “Qafqazlı UNO” (Uçan Naməlum Obyekt)
“…İlk öncə onu deyim ki, UNO tərəfindən qaçırılan istənilən şəxs ömürünün sonuna dək onların təqibində olur…Birinci dəfə bu naməlum uçan obyektlə, daha doğrusu – “obyektlərlə” 65-ci ilin Mayında rastlaşdıq. İşdən 3 günlük məzuniyyət götürüb, nişanlım Adil, rəfiqəm Günay və qardaşı Rasimlə İsmayıllıya yollandıq, Adilin qohumları gilə. Tağımlı kəndinə elə maşınla yenicə girmişdik ki, kəndin sanki əbədi sükuta qərq olduğunu hiss etdik. Artıq kəndin içinə iki kilometr sürsək də, ətrafda bir canlıya rast gəlmək mümkün deyildi. Maraqlısı ondadır ki, ağacların yarpaqları belə əsmirdi. Adil atasının əmisi oğlugilin evlərinin qarşısında maşını saxladı, biz qorxa-qorxa maşından çıxdıq. Bizə birgə qalmağı tapşırıb özü evin açıq qapısından içəri keçdi...
|
|
Оставьте комментарий |
06.03.2010 05:03 |
|

VIII FƏSİL
Həqiqətləri qəbul et!
Oturduqları nəhəng dairəvi formalı otaq, hər tərəfdən eyni rəngli gümüşü divar kağızı və ya xüsusi xromlu metalla əhatə olunmuşdu. Otaqda dəyirmi yaşıl masadan, iki stuldan və onlarda əyləşmiş iki nəfər kişidən başqa - əlbəttə ki biri Əhməd olmaq şərtilə- heç nə yox idi. Dolu sifətli, uşaq tək günahsız cizgili, nazik və kənarlardan burulmuş bığlı həmin kişi, orta əsrlərin Azərbaycanlı sərkərdələrinə bənzəyirdi. Bir az saqqal saxlayırdı, qonur gözləri və dağ ətəyi tək sınmamış düz formalı burnu var idi.
|
|
Оставьте комментарий |
04.03.2010 21:34 |
|

VII FƏSİL
Qaçırılmış
Sakitlik, harmoniya, tam boşalma – Əhməd son günlara bütün bu şeylərdən məhrum idi- hətta yuxularında belə. Halbuki, indi o özünün tam sərbəst hiss edirdi, eləbil ruh idi, yuxuda da deyildi. Üç, iki, bir...gözlərini açır və özüdə bilmədə harada üçmərtəbəli bir binanın səkisində yerdə uzandığını görür. Yəqin edir ki, Yasamal və ya Binəqədidədir...Ətraf görünüş çox tanış gəlir. Bayaqdan arxasında duran, kimsə onun embrion şəklində bükülmüş bədəninə təpiklə astaca toxunur.
|
|
Оставьте комментарий |
04.03.2010 01:48 |
|

VI FƏSİL
Ben Adler Bakıda
Ben Adlerlə internet vasitəsiylə əlaqə yaratdıqdan sonra, öz aralarında razılaşdılar ki, məsələyə aydınlıq gətirmək üçün Ben bu həftə ərzində Bakıya gəlsin. Əhməd Tağızadə kimi yaddaş paketi tədricən özünə qayıtmaqda idi. Ona görə də özünün dediyi, ehtimal nisbəti baş-ayaq olmuşdu. İndi daha çox özünün Malik deyil Əhməd olduğuna inanırdı.
|
|
Оставьте комментарий |
04.03.2010 01:48 |
|

VI FƏSİL
Ben Adler Bakıda
Ben Adlerlə internet vasitəsiylə əlaqə yaratdıqdan sonra, öz aralarında razılaşdılar ki, məsələyə aydınlıq gətirmək üçün Ben bu həftə ərzində Bakıya gəlsin. Əhməd Tağızadə kimi yaddaş paketi tədricən özünə qayıtmaqda idi. Ona görə də özünün dediyi, ehtimal nisbəti baş-ayaq olmuşdu. İndi daha çox özünün Malik deyil Əhməd olduğuna inanırdı.
|
|
Оставьте комментарий |
26.02.2010 17:34 |
|

V FƏSİL
Şahidi aradan götür! və ya dəyişən şərtlər
Sanki kimsə Tuncayı bilərəkdən oyatdı ki, “dur gör, qonşu otaqdan gələn səslər nədir”. Halbuki yanında heç kəs yox idi. Malikin otağından ağır addım səsləri gəlirdi. İldırımsürətli şəkildə yerindən atılıb, qapıya tərəf cumdu. Otaqdan çıxanda Malikin artıq yavaş-yavaş hamama tərəf addımladığını gördü. Üzünü görə bilməsə də nəyinsə həmişəki kimi olmadığını hiss edirdi.
|
|
Оставьте комментарий |
25.02.2010 15:27 |
|
IV FƏSİL
ANALİZ və ya ortaya çıxmaq istəyən həqiqətlər
- İndi nə deyirsən, bütün bunlar bir növ sənə qarşı daha doğrusu sənin leyhinə gizli əlbirlilik planlarıdır...? deyə Tuncay gülümsədi
|
|
Оставьте комментарий |
23.02.2010 21:47 |
|
III FƏSİL
3 ay sonra
“Son vaxtlar məndə maraq doğuran əsas məsələ, bütün bunların tez bir zamanda necə təşkil olunması idi... bütün lazımı sənədlər, uçuş bileti, hava limanında qarşılanma, Nyu Cersidə pensioner cütlüyünün mənzilində ikinci mərtəbədə kirəlik otaq, dərhal kiçik baqqalçı dükanlarının birində işə düzəlməsi, ilkin müvəqqəti tibbi siğorta, vergilərdən azad edilmə...Axı bunlar istənilən dövlətə ziyandan başqa hansı vəchlə xeyir gətirə bilərdi.”- deyə sonralar Malik yaxınlarına nağıl edəcəkdi.
|
|
1 2 3 4 5 6
|
|
Больше читаемые блоги
yazaraz
yazaraz.kitabxana.net (4880)
Статьи / книги

Автор: Гид
| 
Автор: Stən Barstou
| 
Автор: İskəndər Etibar
| 
Автор: Могаммед Амани
|
|