Neyratron lahiyəsi

Nəsr


 

 

◊ Bolero layihəsi - II FƏSİL

  Şərh göndərin 23.02.2010 21:40

     
II FƏSİL
Bir gecəlik sığınacaq ağtarışında
 
Mehtab bütün gecəni işıqlandırırdı. Elə işıqlı idi ki, İçəri şəhərin dar və qaranlıq küçələrində belə on metr qabaqda gələnin belə sifətini ayırd etmək olurdu. Malikə digər gecələri harada sığındığını xatırlamaq çox çətin gəlirdi. Belə təkrar olunun şeylərin, vərdişlərin, bir-birindən seçilməyən günlərin tezliyi bütün xatirələrini və həyatını illuziya hallına salmışdı, artıq dünəni srağagündən ayıra bilmirdi. Bir şey dəqiq yaddında qalmışdı ki, dünən İçəri şəhərin harasındasa gecələmişdi- O içəri şəhər ki, öz dar küçələri möhkəm divarları ilə labirinti xatırladan Fəz (Mərakeş) şəhərinin portativ variantına bənzəyirdi. Bütün evlər, qapılar, mənzillər bir-birindən çətinliklə fərqləndiyindən, İçəri şəhərə nadir hallarda gedənlər üçün sözün əsl mənasında bir dejavuya çevrilirdi. Nədən dəsən mərcə girmək olar ki, CPS sistemi ilə təchiz olunmuş qəbuledicisi və ya yerli sakinlərin istiqamət göstərişləri olmadan, istənilən xarici bu dəhşətli gecə yuxusundan çıxış yolunu tapmaq üçün ən azı iki saat sərf etməli olardı, halbuki əgər sadəcə müəyyən bir çıxışından digər bir çıxışına qədər olan məsafənin uzunluğu heç bir kilometri keçməzdi.
           

Baxış: 78


◊ Bolero layihəsi - II FƏSİL

  Şərh göndərin 23.02.2010 21:40

   
II FƏSİL
Bir gecəlik sığınacaq ağtarışında
 
Mehtab bütün gecəni işıqlandırırdı. Elə işıqlı idi ki, İçəri şəhərin dar və qaranlıq küçələrində belə on metr qabaqda gələnin belə sifətini ayırd etmək olurdu. Malikə digər gecələri harada sığındığını xatırlamaq çox çətin gəlirdi. Belə təkrar olunun şeylərin, vərdişlərin, bir-birindən seçilməyən günlərin tezliyi bütün xatirələrini və həyatını illuziya hallına salmışdı, artıq dünəni srağagündən ayıra bilmirdi. Bir şey dəqiq yaddında qalmışdı ki, dünən İçəri şəhərin harasındasa gecələmişdi- O içəri şəhər ki, öz dar küçələri möhkəm divarları ilə labirinti xatırladan Fəz (Mərakeş) şəhərinin portativ variantına bənzəyirdi. Bütün evlər, qapılar, mənzillər bir-birindən çətinliklə fərqləndiyindən, İçəri şəhərə nadir hallarda gedənlər üçün sözün əsl mənasında bir dejavuya çevrilirdi. Nədən dəsən mərcə girmək olar ki, CPS sistemi ilə təchiz olunmuş qəbuledicisi və ya yerli sakinlərin istiqamət göstərişləri olmadan, istənilən xarici bu dəhşətli gecə yuxusundan çıxış yolunu tapmaq üçün ən azı iki saat sərf etməli olardı, halbuki əgər sadəcə müəyyən bir çıxışından digər bir çıxışına qədər olan məsafənin uzunluğu heç bir kilometri keçməzdi.
           

Baxış: 92


◊ Bolero layihəsi - I FƏSİL

  Şərh göndərin 22.02.2010 17:19

 
I  FƏSİL
Ümumdünya Işsizlərinin Mübadiləsi Təşkilatı, Bakı şöbəsi, Azərbaycan
 
-         Salam, cənab, buyurun gəlin, özünüzü evdəki kimi hiss edin- əslinə qalanda belə cındır və yırtıq üst-başlı adamın belə möhtəşəm otaqda, ustacasına mebellənmiş otaqda yer alması olduqca qəribə görünürdü. Otuz ilə yaxın olardı ki, bu zavallı adam belə rahat stulda oturmamışdı.
-         İlk öncə hörmətli bəy, bura gəldiyiniz üçün minnətdaram və eyni zamanda sizə deməliyəm ki, Bolero layihəsinə qoşulmaqla siz məqsədəuyğun seçim etmiş oldunuz.
-         Bolero? Bolero nə deməkdir ki?


Baxış: 137


◊ TAMAMLA... SON FƏSİL

  Şərh göndərin 22.02.2010 17:12

     
VIII FƏSİL
Tamamlanmış “Tamamla”
 
Oğlunun ölümündən düz bir il keçirdi. İlinə başsağlığı verməyə gəlmiş qonaqlar getdikdən sonra, kiçik oğlunun otağına keçib televizoru açdı. Dilarə hələ də elə bilirdi ki, oğlu Kamili atası olduğunu öyrəndiyinə görə öldürüb. Bir neçə siyasi və ictimai xəbərlərdən sonra görkəmli yazar Kamil İldırımın ölümünün ili haqqında reportaj getdi...
   

Baxış: 95


◊ VII FƏSİL

  Şərh göndərin 22.02.2010 17:07

VII FƏSİL
Kağızların mərhəməti
 
Hələ yuxuda ikən özünü narahat hiss edirdi, bədənin eyni yerinə ağırlıq düşdüyündən qan hərəkəti müəəyən yerlərə toxunmurdu. Elə buna görə də yerini dəyişmək istəyirdi ki, bədənini hərəkət etdirə bilmədi...Sanki iflic olmuşdu...Yavaş yavaş yuxudan oyanırdı. Lakin hələ gözlərini açmamışdı...Dünyaya qayıtdıqdan sonra qulağına gələn ilk səslər yaşlı bir boğuq kişi səsi oldu:  “Yaramaz...axmaq...kütbeyin...bütün işlərimi puç etdi...Çox pis...çox pis...əsər nikbin sonluqla bitməməli idi...”


Baxış: 121


◊ VI FƏSİL

  Şərh göndərin 17.02.2010 21:11

 
VI FƏSİL
Qonşuluq təsadüfü
 
Əhməd Talıbov, polis leytenantı, 34 yaş, artıq dördüncü il idi ki, Gənclik metrosunun yaxınlığında köhnə Samsunqun binası ilə üzbəüz olan yaşıl binada, səkkizinci mərtəbədə şəxsi mənzilində qalırdı. Atasız böyümüş Talıbovun özündən başqa altı yaş kiçik qardaşı var idi...Amma qardaş ona ana tərəfdən qardaş idi...Qardaşının həqiqi atası, anasının qanuni-nigahlı əri idi. Özü isə nigahdan kənar doğulmuşdu və atası haqqında isə heç bir məlumatı yox idi. Anası hamsından çox bu oğlunu sevsə də, bunu biruzə verməməyə çalışırdı.Elə ona görə də kiçik oğlunun evində qalırdı. Əhməd isə nə qədər qəribə görünsə də bu mənzili heç kimlə bölüşmürdü, nə ailəsi nə də nigahdan kənar məşuqəsi var idi. Talıbovun dünyadakı əsas meylləri pul qazanmaqla bağlı idi...Əslində pul qazanmaq, pul sevgisinə görə deyil, belə ki, bəsirət gözüylə baxsaq, onun kökündə, qadın, var-dövlət, gözəl həyat, təkəbbür və digər stimullar durur...Halbuki o, yəhudi zərgərlər kimi, doğrudan da pul yığmaq xəstəliyinə tutulmuşdu...O qədər simic idi ki, dükanda alış-verişlər zamanı beş qəpiyi belə satıcıdan tələb edirdi. Makkiyavelli siyasətdə istədiyinə nail olmaq üçün istənilən vasitəyə əl at demişdisə, Talıbov onu pul qazanmaq üçün istədiyin vasitələrə əl at variantına çevirmişdi. Bununla belə onun da öz sərhədləri var idi.


Baxış: 99


◊ Tamamla...mistik-triller---5-ci FƏSİL

  Şərh göndərin 12.02.2010 14:20

 
V FƏSİL
Qaydalar  pozulur
 
Zibeydə xalası qızı Səlimənin televiziya kanallarının birində suiqəsd hadisəsi haqqında şahidlik müsahibəsinə baxandan sonra televizoru çevirdi...Uşaqlar məktəbə idi, yoldaşı işdə, qaynanası və qaynatası isə böyük oğlanlarının evində qaldığından bu evdə hal hazırda ondan başqa heç kəs yox idi. Yerli televiziya kanallarında maraqli bir şey olmadığından, boş bekar oturmuşdu kresloda...Birdən yadına düşdü ki, Səlimə ona İstiotun təzə buraxılışını gətirmişdi,...Növbəti günlərin teleproqramı ilə tanış olmaq məqsədilə əlini atdı divandakı  balışın altına. Jurnalı çıxarıb bir qədər səhifələdi, birdən səhifələrin arasından bükülmüş səhifələr çıxdı. Onlardan biri sarı və biri isə ağ rəngdə idi... Səhifəni oxumağa başladı...
Bütün yazılar ona olduqca maraqlı gəldi. O elə hesab etdi ki, bu bir oyundur, belə ki, müxtəlif xəttli yazarların yazıları  tamamla sözləri ilə yekunlaşırdı. Yəqin etdi ki, bu xalası qızının müxtəlif rəngarəng layihələrindən biridir. Ağlına gəldi ki, özü də məzmuna uyğun nəisə yazsın,...eh...beynindən o qədər fikir keçirdi ki. Başqa xəttlə yazsa, Səlimə onun yazdığından şübhələnməz belə. Evdə yalnız qara rəngli qələm tapa bildi...
 

Baxış: 77


◊ Tamamla...mistik-triller ---4-cü FƏSİL-

  Şərh göndərin 10.02.2010 15:04

 
IV FƏSİL
Müstəntiq Talıbovun versiyası
 
-      Sən doğrudan da dahimişsən...Malades.- Talıbov təzəcə şöbəyə girmişdi ki, həmkarı Aslan onu qabaqladı
-      Əvvala salam, indi de görüm nəyi deyirsən
-      Hmm...Heç adamın ağlına gələ bilərdimi ki, iki gün bundan əvvəl bu şöbədə başqa ölüm hadisəsi haqqında izahat verən kəs bu gün özü də o dünyaya yollanacağ
-      Nəyi deyirsən başa düşə bilmirəm,
-      Demək istəyirəm ki, sənin versiyan deyəsən düz çıxdı...Həmin ölən yazıçıyla xalası qızı arasında elə deyəsən nəisə var idi...Qızı dünən gecə evdə ölmüş tapıblar...özünü zəhərləyib...Yəqin hansısa əclaf hər ikisini nəiləsə şantaj edirdi...Elə bəlkə də qeyri-nigah əlaqələrindən.
-      Günel Məhərrəmova?...O da ölüb
-      Hə...dünən. Kanalların əksəriyyətində xəbər şəklində yayılıb.  Əmimoğlu həmin ərazinin ekspertidi. Deyir qız özünü sianid-kaliy-lə zəhərləyib...Onu çox vaxt suisid yəni özünəqəsd niyyətli və manyakal psixozu olan xəstələr verirlər...yalnız sıfır tam onda iki qram...şəkər tozu şəklində kristaldır...suya qatıb həll edir, sonra içirsən...Bir tam onda yeddi qram kifayətdir ki, özünə qəsd edəsən...Səncə o nəqədərini suya qatıb
-      Nə qədər
-      Elə dəqiq bə dəqiq bir tam onda yeddi qram...Yəni o bu faktı bilə bilərdi, axı özünü öldürən adamın bunu bilmək və bir simvolika məqsədilə dəqiq dozanı seçmək nəyə lazım...Həm də bir şey var ki, sianid-kaliy ac qarna daha tez təsir göstərir...
-      Mənim özümə maraqlıdır ki, bizim şöbənin işlərini qoyub digər yerlərə burnuvu niyə soxursan...
-      Çox maraqlıdır...Yarım saata əmimoğlu növbətçi verlişinə müsahibə verəcək baxarsan.
-      Oldu- deyə  öz otağına istiqamət almışdı ki, Aslan artıq əlini qapının dəstəyinə atan Talıbova
-       Bir də, maraq xatirinə deyirəm,...bir də gördün də , lazım oldu, sianist-kaliyin  padzəhri...


Baxış: 116


◊ TAMAMLA...mistik-triller - 3-cü FƏSİL- Növbəti qurban

  Şərh göndərin 03.02.2010 21:24

 
III FƏSİL
Növbəti qurban
 
-         Az, Günel axşam mən bəlkə xalam qızı gilə getdim, otağı yığmaq bu gün sənin boynuna – deyə Günelin otağ yoldaşı, Səlimə  o da tələbə - Azərbaycan Universiteti – psixoloqiya ixtisası üzrə- və həmkirayəçi yazıqcasına Günelin cavabını gözlədi
-         Saat neçədə gedirsən?
-         Dəqiq bilmirəm, nə vaxt zəng vurar onda, da gedərəm...işdən gələndən sonra.
-         Bu gün nəisə həmişəkindən fərqli geyinmisən...nə baş verib...- Səlimənin üzü qızardı
-         Hmm...bu gün xalam qızının yoldaşının qırxilliyidi...bir də ki,
-         Birdə ki, nə?
-         ...birdə ki..., Orxanda ora gələcək
-         Orxan kimdi az...
-         Zibeydənin kiçik qaynı...Nəsə...xoşum gəlir ondan- yenə qızardı
Səlimə mətbəxə gedəndə Günel yenə fikrə getdi...


Baxış: 81


◊ TAMAMLA...mistik-triller - 2-ci FƏSİL - Kamil İldırımın baş tutmayan...

  Şərh göndərin 02.02.2010 21:34

 
II FƏSİL
Kamil İldırımın baş tutmayan gizli görüşü
 
Onun qapını döymədən öz evinə girməsi adi bir hal almışdı...Evin açarı qapını hər iki tərəfdən açıb-bağlıya bilirdi. Bu səbəbdən Kamilin evə nə vaxt gəldiyini heç kim bilə bilmirdi. Qonaq otağına girib görürdülər ki, oturub divanda, televizorun qarşısında İngiltərə premyer-liqasına baxır. Bəzən elə də olurdu ki, APİ-nin üçüncü kurs tələbəsi, qızı – Fatimə dəhlizdən keçən zaman qapının gözlənilmədən açılmasından diksinirdi...Ümumiyyətlə ailə üzvlərindən nə qızı, nə əsgərlikdə olan oğlu Rasim, nə də övrəti Nazlı xanım onun haqqında o qədər də çox şey bilmirdilər. Onların suallarına lakonik cavablar verməklə canını qurtaran 59 yaşlı yazıçı Kamil, bütün fikirlərini Hitler kimi süfrə arxasında belə öz beynində təhlil edirdi. Bəlkə onun belə tez dünya şöhrəti qazanmasının səbəbi də elə o idi. Ailə üzvləri heç zaman onun belə az danışmasında gileylənməzdilər belə...Axı atalarının məşhurluğu bunu konpensasiya edirdi. Fatimə kursların heç birini öz başıyla oxumasa belə pedaqoqları “Qızım Fatimə, sən Azərbaycanın ədəbiyyat nominasiyasında ilk Nobel mükafatı almış dahi yazıçısının qızısan, biz sənə dörd yazsaq bilirsən bizi neylərlər...İmtahanlarda heç olmasa nəyisə  yaz, axır tələbə yoldaşların görsünlər ki, sən qiyməti özün alırsan” deyə onu xəfifcə məzəmmət edərdilər. Xanımı isə hansı gözəllik salonuna və butik tipli mağazalara girirdi, elə olmurdu ki, həyat yoldaşının yazdığı “Mavi dərya” romanının heç olmasa bir oxucusu tapılmasın...


Baxış: 174


1 2 3 4 5 6



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8642)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8403)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani