Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 9-cu fəsil - İbra Hündürlükləri

13.02.2015 20:23

IX

İBRA  HÜNDÜRLÜKLƏRİ

Təcrid olunmuş portal sahəsininin sərhədində ucaldılmış təxminən 2 metr hündürlüklü çəpəri adlamaq,  hər biri üçün son dərəcə vahiməli gəlmişdi. Yeni yerlilər bir yana,  pul hərisliyi ucbatından adada təsadüfən teleportasiya zonasına düşmüş və son 20 ili bu yad planetdə keçirmiş Russo üçün, doğmalaşmış sahəni tərk etmək, vətənə qayıdış üçün bir ümid qığılcımı yaratsa da, onu son dərəcə həyəcanlandırmışdı. Bitkiyə bənzər möhkəm materialdan toxunmuş çəpəri,  sonuncu dırmaşan da elə Russo oldu. Nədənsə ona elə gəlirdi ki, təcrid zonası onu geri çəkirdi, ürəyinə nəisə dammışdı.  Təlaş etməkdən özünü saxlaya bilmirdi.

  Ətrafa göz gəzdirdikdən sonra, qarşılarında açılan üfüqdə  iki çox hündür dağa bənzər bir quruluş gördülər. Uzaqdan baxana da məlum  olurdu ki,  həmin quruluş heç də Yer planetinin dağları ilə eyni cinsdən deyil.  Tam simmetrik, çoxsaylı bucaqları olan bir  göydələn tikiliyə bənzəyirdi.   Təxminən yer məsafəsi ilə beş kilometr uzaqlıqda olan həmin nəhəng dağa irəliləmə başlamışdılar, ki,  yamacın orta hissəsindən qırmızı bir işıltı gözə dəydi. Hər birinin gözləri qamaşdı. Əlləri ilə gözlərini ovuşdurdular.

-         Russo bu nəydi belə, gözlərimi yandırır?

-          Nə olmağını bilmirəm, bircə onu bilirəm ki, bizim burda olmağımızdan xəbərləri var, budur bax.

Eyni mənbədən çıxan qırmızı işıq bu dəfə uzanan lövhə şəklində onlara tərəf irəliləməyə başladı,  hər halda işıq şüası olmadığına əmin oldular, çünki işıq sürəti üçün həmin məsafəni qət etmək bir göz qırpımından dəfələrlə az vaxt tələb edirdi.

-         Seymur başla saymağa !

-         Nəyə sayım?

-         Vaxtı say!

-         Bir- iki - üç -dörd- beş - altı -yeddi ....

-         Biz qaçaq ya dayanaq - deyə balıqçılardan biri həyəcan içində soruşdu.

-         Russo?  İndi bəs fikrin nədi?-  ikinci balıqçının da sualı cavabsız qaldı.  

Seymur çevik hərəkətə keçib, yerdən boz rəngə çalan, kənarları iti, daş parçası  qaldırdı. Əlini dala verib, artıq yaxınlaşan naməlum , şüa kütləsinə tuşlamağa hazırlaşırdı ki, Russo əli ilə "dayan" işarəsi verdi. Seymur birdə gördü ki, Russoyla özündən başqa həmin yerdə heç kəs qalmayıb.Balıqçılar bir bir gəldikləri  təcrid olunmuş zonaya qayıtmağa tələsərək,  çəpəri dırmaşırdı.   Üzünü çevirəndə  həmin qırmızı kütlənin hər tərəfdən onu və Russonu ehtiva etdiyini gördü. Hər tərəf köpüyün içində çalxalanan su kimi  qeyri-real mühitə çevrilmişdi. Russo əmin oldu ki,  sürət yığan və onları üzərində geri çəkən qırmızı şüalı lövhə əslində yerli məkanın bir nəqliyyat vasitəsiydi.  Seymur bilmədi ki,  qırmızı lövhəyə aya basmaqla onların bəxti gətirdi yoxsa ölənə kimi təcrid olunmuz zonada qalmağı üstün tutan balıqçıların .

 Son durağa çatmışdılar ki, Russo Seymura dağın əslində nəhəng bir tikili olduğunu göstərdi.   Qırmızı lövhə onları  üzü mamıra bənzər yaşıllıqla parıldayan dumanlı eyvana daxil edən kimi, udduqları havada nəyinsə dəyişdiyini hiss etdilər.  Doğma planetlərində dağın zirvəsinə çıxsaydılar bəlkə, narahatlıq, ağırlıq keçirə bilərdilər, burda isə tam əksini müşahidə edirdilər.  Tənəffüs sistemləri bir anlıq çox rahatlaşmışdı, sanki ağ ciyərlərindən keçən hava yox bal idi, ifadə edə bilmədikləri  özəllikdə olan  hava dövranı bir məlzəmə tək  ürəklərini oxşayırdı.   Eyvan hər tərəfdən bağlı  olduğu üçün  qaranlıq otağa açılan  girişdən keçmək lazım olduğunu anladılar.  Ağıllarına minbir güman gəldiyindən içəri keçməyə tərəddüd edirdilər,  bu mütləq sükutdan pusqu qoxusu gəlirdi. 

-         Seymur,  gəl indidən özümüz üçün bir şey qətiləşdirək.  Zonada qalsaydığ heç vaxt evə geri dönə bilməyəcəkdik. Risk etmək məcburiyyətindəyik,  təhlükəli, ölüm riski yüksək ola bilər , ancaq ən azından hərəkətə keçməklə azından Yerə qayıtmaq ümidi yaranır.

-         Mənə görə narahat olma, qorxsamda bu lənətlənmiş torpaqlarda qalmaq fikrində deyiləm. Sən zonanı tərk etmək planını bölüşəndə, bütün gecəni kiprip-kipriyə vurmadım, oyağ qalıb özlüyümdə hər şeyi götürqoy etdim. Mən spektra nəisə əvvəldən inanmıram. bizə sığortalanmaq lazımdı,  mən bayaq yerdən götürdüyüm daşı özümdə saxlamışam. Sən də hər ehtimala qarşı  bax o budağa bənzər əşyanı əlinə al.

Russo təkkəbürə yol vermədən  gəncin müdrik məsləhətinə qulaq asdı .  Qaranlıq dəhlizlə irəliləyirdilər, hər addımda uzun illərdən sonra yırtığ hala gəlsə belə işlərinə yarayan çəkmələrinin altında şüşə qırıntıları tək xırçıltı səsləri çıxırdı, göz bəbəkləri bir dəqiqədən sonra artıq qaranlığa alışdığından , sağa və sola burulan iki ayrı dəhlizin açıldığının şahidi oldular sağa burulub, gördülər ki,  bu koridor   işıq şüalarından əksik olmayan həyətə açılır.  Reflektiv şəkildə işığa doğru qaçmağa başladılar . Açıqlığa çıxan və  məlum olmayan səbəbə ürək tutması keçirən biri tək yerə sərilən birinci Russo oldu. Seymur yerə yıxılmış Russonun imdadına çatmaq üçün tez özünü həmin yerə çatdırdı.  Arxadan boynundan aldığı ağır zərbədən yerə yıxılan an son gördüyü şey Spektrin kinayəli- qırmızı-yaşıl-bənövşəyi təbəssümü oldu. Birdə onda ayıldı ki, artıq onu və Russonu hərəkətdə olan soxulcana bənzər yosunlardan ibarət tabuta bənzər çərçivənin içinə yerləşdiriblər.


***                       ***                       ***

-         Sən?

-         Bəli mən,....    - deyə Spektr kinayə ilə cavabladı.

Seymur  tabuta bənzər qapağı açıq qalmış bir çərçivəyə necə yapışmışısa, bircə başını tərpədə bilirdi. Qarşısında   onlara artıq yaxşı tanış olan, karantin zonasının baxıcılarından olan  aborigeni gördü.

-         Nahaqdan oyandın...

-         Əclaf deməli, bizi həmin yerdən çıxarmaq hamsı bir tələ idi.

-         Tələ...hmm...maraqlıdır ki, sənin gəldiyin ulduzun dilində belə bir söz var, mənim xalqımda isə belə bir anlayış yoxdur. Ona görə də fikir dilində, bir zidiyyət yaranır. Ancaq sizinlə çox ünsiyyətdə olduğumdan qismən də olsa onun hansı anmala gəldiyi barədə fikirlərinizi oxuya bilmişəm...Bəli bunu bir tələ kimi də qəbul edə bilərsən,  həmin təcrid zonasında olan mühit sizin ulduzun fiziki şərtlərinə uyğun olduğundan, dediyim kimi, sizə toxuna bilməzdik. Hər halda bu haqqda sizi aldatmadım. Sizi hər necəsə həmin zonadan uzaqlaşdırmaq lazım idi. Ulduzun başbilənləri mənim bu dediyin "tələ" təklifini qəbul etdilər.

-          Murdar aborigen - deyə Seymur hiddətini saxlaya bilmədi.

-         Hələ bir tam qulaq as nə deyirəm...Siz onsuzda vətəninizə qayıtmaq istəyirdiz. Bəlkə elə deyil? Elə bizdə ona görə sizi bura gətizdirdik....Başqa cür desəydik, könüllü razı olmazdız, üstəlik sizi məcburi şəkildə həmin zonadan çıxarmaqda müşkül olacaqdı.

-          Ay axmaq axı niyə biz burdan könüllü getmək istəmiyək axı....iyrənirəm sizin heç bir  rahatlığı, yaşamaq yanğısı olmayan planetinizdən.

-         Ona görə ki, sizə deyəcəyim xəbərdən sonra buna heç vaxt razı olmayacaqdınız....Bizim ulduz sistemləri arasında o qədər ultra-massiv məsafə var ki, sizin yalnız  "ideyanızı" həmin mavi planetə geri yollamaq olar. Yəni ora  canlı şəkildə qayıda bilməyəcəksiz.

Qızğın dialoq gedən bir vaxtda, Seymur ayağına hardansa isti mayenin süzüldüyünü hiss edirdi. Məğzini bilmədiyi həmin maye onu yaman narahat edirdi,  çərçivənin içində yarı-iflic vəziyyətdə qaldığından  nəyin nə yerdə olduğunu anlaya bilmirdi.  Aborigenlərdən biri çərçivənin önündən keçən zaman daimi olaraq müxtəlif rənglərdə parlayan əlində nəisə qara bir ləkənin olduğunu gördü. Əli çərçivənin kandarını toxunmasaydı bəlkə də, heç vaxt  həmin ləkənin qırmızı qan  olduğunu  müəyyən edə bilməyəcəkdi.  Ayaqlarını hiss etmədiyindən birinci ona elə gəldi ki, aşağı ətraflarını kəsiblər.  Yerində var gücü ilə vurnuxduqdan sonra, bir ayağı hərəkətə gəldi və maye daha da aşağı süzülərək, altında belinə qədər yayıldı.  Mayenin paltarından bədəninə hopması və hər çevrilmədən sonra köynəyinə yapışqan kimi yapışması və açılması, çox xoşagəlməz hiss idi.  Bİrdən yadına düşdü ki, aborigenlərin tələsinə düşən təkcə özü deyildi.

-         Russo,  Russo - deyə çığıraraq,  sərt çərçivənin içində çırpındı, aborigenlərdən biri ona yaxınlaşaraq çərçivənin hansısa düymələrini basdı və ayaqları yenidən keyimiş vəziyyətə düşdü.

Spektr  adlandırdıqları gözətçi  onun ayaq tərəfinə yaxınlaşıb üzərinə nəisə ağır bir şey qoydu.

-         Russonu axtarırsan? Çağır, bəlkə cavab verdi...Siz bizim ulduza gələnə qədər  burda  yaşayırdıq firəvan ....sizin ulduzun başbilənləri  məhv edən halqalara görə cəzalandırılacaq.

Seymur instinktiv olaraq ayağının üzərində durub ona ağırlıq verən və elə ondan da oxşar mayenin damcıladığı kütlənin nə olduğunu öz gözləri ilə görmək üçün, bir qədər qabağı boylandı.  Bayaqda üzərinə qoyulmuş kütlə Russonun kəsilmiş və qana qəltan olmuş başı idi.

-         Aaaa......aaaaaa. ....Ay Allah...- ayağı yenidən güc toplayıb, bu dəfə çərçivədən çıxdı. Russonun başı hərəkətdən top kimi çərçivənin qırağına yuvarlandı. Qəzəb və ölüm qorxusunun vəhdətindən ona nə güc gəldisə,əllərini  azad edib, yanındakı aborigeni bir təpik zərbəsinə kənara uçurdu. Çərçivədən tam çıxıb, Russonun qanına bulaşmış vücudu ilə Spektrin üzərinə atıldı. İkinci tam çaşqınlıq içində müqavimət göstərməyə belə macal tapmadı.  Bu planetdə tənəffüs orqanları həm də həzm orqanlarını əvəz etdiyindən, dünyada adi insanı boğmaq təcrübəsini burada tətbiq etmək qeyri mümkün və nəticəsiz idi.Ona görə də, Seymur ilk aborigenin açıqda olan yeganə həssas orqanı , gözlərini barmaqları ilə deşdi. Ağrıdan yerindən çalğalanan, və qəribə şəkildə zarıldayan Spektri artıq hücuma həssas olan  boynunu hədəf alıb, var gücünü topladı və ayağ dabanı ölümcül zərbəsi ilə insankindən o qədər də fərqlənməyən onurğasını "şaqqaladı". Keşikçilərin hadisə yerinə yaxınlaşdığını görən Seymur,  aradan çıxdı. 




Baxış: 322


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13947)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə