Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 8-ci fəsil-Bərpa olunmuş rabitə

13.02.2015 20:25

VIII

BƏRPA OLUNMUŞ RABİTƏ

Birinci dəfəydi ki, Kaibova  üzbəüz  belə yaxından, diqqətlə baxırdı. Cizgiləri, yuxarıya doğru qalxmış  qara qaşları, başının məzəli yumru forması, yarıqıvrım,  əsgər düzümlü saçları - Dadaşov and içə bilərdi ki, ....

-         Məni Qazax niyə adlandırırsan?

Dadaşovun rəngi üzündən götürüldü. Ürəyini oxumuşdu bu müəmmalı insan. Özünü toxtamağa çalışdı:

-              Nə bilim elə əvvəldən öz aramızda hamı səni Qazax deyə çağırır. Həmkarlarım sənin adını soyadını çəkməkdə çətinlik çəkirdi, ona görə.

-              Sizə axı kim deyib ki, mən qazaxam....Qazaxıstana ümumiyyətlə aidiyyatım yoxdur.  Məni Seymur çağır, adım Seymurdu...  Mən də Azərbaycandanam...Nədi inanmağın gəlmir.  Mənim Qazaxstanlı olmağım beynivə yeritdiyin bir illüziyadır.

Yuxudan oyanın, gözlərinizi açın və qaranlıqda  sahili görünməyən bir dənizin ortasında, təkbaşına dərin suda olduğunuzu düşünün,  bu vahimə, bu dəhşət nə qədər aşırıdırsa, bax , Dadaşov da özünü belə tam aciz və dərin çaşqınlıq keçirən biri kimi hiss edirdi. 

Düzdür  "andıra qalmış" müqaviləyə imza atan vaxt, Qazaxstandan Azərsat stansiyasına hər hansı seqmentin birləşəcəyi barədə ona bir məlumat verməsələrdə, 2 ay əvvəl Bakı ilə əlaqə yaradan zaman, Sənanov , dəniz qonşusu olan ölkədən  Müslüm Kaibov adlı birinin ekipaja əlavə olunacağını nəzərinə çatdırmışdı. Sənanovun   yalandan Qazax deyə, Azərbaycanlı bir kosmonavtı, kim bilir bəlkədə başqa bir peşənin sahibini stansiyaya göndərməkdə məqsədi nə ola bilərdi axı?  Heç bir məntiqə sığmırdı.

Bu əsnada,  bundan sonra Seymur adlandırılacaq Kaibov  kommunikasıya panelinin aşağısına əyilib , altdan keçən naqilləri əlləşdirdi. Etibar üçün əla fürsət idi, onu arxadan yaxalayıb, zərərsizləşdirməyə . Ancaq  biləyində gizlətdiyi bıçağı çıxarmasıyla, Patsakın  Seymurun qabağına keçməsi bir oldu. Seymur üzünü çevirmədən, işinə davam edərcəsinə:

-              Qardaşım, mən səni xilas etməyə gəlmişəm, sənsə bayaqdan biləyində gizlətdiyini bıçağla üzərimə hücum çəkmək istəyirsən.  İndi kommunikasiya sistemini işə salım özün görəcəysən.

Dadaşov başını qaşıdı. Axı sistemin nəyini qoşacağdı. Sonuncu dəfə bir neçə saat əvvəl kommunikasiya qurğusunun köməkliyi ilə Bakı ilə birbaşa əlaqə yaratmışdı.

-              Aha , bu da bu.  -deyə ekranın  yanmasını görüb, həmən çevrilib dikəldi. -  Sənanovnan danışdıqlarını deyirsən, Gürcüstan-Rusiya müharibəsi- filan, ay axmaq bunlar hamsı sənin beynində dolanan xülyalardır. Sənə dedim axı. Mənə inan, indi sənin üçün bütün orbitdə və onun həndəvərində məndən başqa dost yoxdur.

Etibar yenə də təəcübləndi Seymurun telepatik bacarıqlarına. Amma inanmağı gəlmirdi ki, Seymura yəni keçmiş Kaibova bu məlumatlar elə telepatik bacarıqlar sayəsində aşikar olub.

-              Bax neçə vaxtdır ekspedisiyaya rəhbərlik edir, gəl lap aydın olmaq üçün sualı belə qoyum, neçə vaxtdır bu stansiyadasan?.

-               İkinci ilə keçməyə  3 ay qalıb. Niyə soruşursan?

 Seymur  kapitana məzəmmətlə baxıb dedi:

-              Ay axmaq ona görə soruşuram, ki həqiqəti səndən yaxşı bilirəm, sən stansiyaya təşrif buyurandan bəri  vur-tut heç 10 dəfə yerlə danışmamısan. Budur ekrana nəzər yetir, sonuncu dəfə Mərkəzlə 2 il əvvəl 23 aprel 2018-ci ildə birbaşa rabitə qurulub. Budur düyməni basdım, Bakıya sorğu göndərirəm, qəbul eliyən kimi ekranda görüntü peyda olar.

Seymurun telepat olduğu düşüncəsi ilə, Dadaşova çevik və spontan hərəkət etmək seçimi qalırdı. Ona görə, özlüyündə təhlilə, götür-qoya yol vermədən, toparlanıb qəfil şəkildə Seymurun boynuna ağır yumruq zərbəsi endirdi. Seymur huşunu itirib yerə sərildi. Özünə də maraqlı gəldi ki, bu dəfə Patsakın cınqırı belə çıxmadı. Yerə sərilmiş Seymurun nəbzini yoxlayırdı ki,  ekranda fonun dəyişdiyini gördü.

***                                 ***                       ***

Bu arada,

Nəhəng dairəvi zal gecənin qaranlığında telestudiyanın işiqları söndürülmüş  xəbərlər otağına bənzəsə də, yalnız bir neçə monitorun və sistem panelinin aktiv vəziyyətdə olduğu otaq əslində kosmosda və ya yerin orbitində olan obyektlərlə əlaqələrin qurulduğu rabitə zalı idi.  Üçüncü cərgədəki işlək kompyuterin səs sütunlarından çıxan 80-90-cı illərin həzin romantik mahnı sədaları altında gecə növbətçisi,arıqlığından yanaqlarında az qala yarğan əmələ gəlmiş, qalın şüşəli eynəkdə , ağ xalatda olan  Pərviz və təhlükəsizlik xidmətinin  tanışlıqla işə düzəlmiş və mühafizəçi vakansiyasınının fiziki baxımdan heç bir tələblərin cavab verməyən kürən, qartalburun,  qaşı çapıq mühafizəçisi Əsəd  "vaxtı öldürmək" üçün  profesor Adil Məsməliyevin  akvariumundakı kloun ,  qızılı ya dakı albinos dəriləri olan işıldayan tetra və "basemani" göyqurşağı  balıqlarını yemləyirdi.  Bakı Kosmik İdarəetmə Mərkəzinin icraçı direktoru olan professor Məsməliyev,  düzbucaq formalı "üçün birə" ölçülü iri akvariumunda olan dünyanın müxtəlif okeanlarından gətirilmiş dırnaqarası dekorativ balıqlarının sağ qalması üçün gecə növbəsinə qalan işçilərə onların qeydinə qalmağı dönə-dönə tapşırır, onları hansı qida növləri ilə yedizdirmək və nə vaxt yedizdirməklə bağlı təlimatlar belə verməyi unutmazdı. Artıq işçilər rəhbərin bu balıqlarını o qədər yedirmişdilər ki, bu vərdiş onlar üçün də bir hobbiyə, maraq dairəsinə çevrilmişdi.

Pərviz israrlı şəkildə  akvariumun üstündən quru yem tökməyə çalışan Əsədin qolundan tutub:

-         Bəsdi, bu qədər yem verməy olar. İstəyirsən şişib partdasınlar?!

Hər ikisi zalın kəlləsində sağ və sol tərəfdən paralel şəkildə quraşdırılmış iri səs  sütunlarından çıxan həyəcan siqnalına gözlərini zillədi. Xeyr bu yanğın həyəcanı deyildi.Təlimata görə, adətən  kosmosdakı süni obyektlərlə və ya kosmik gəmilərlə əlaqə yaranan zaman zaldan belə əcaib səslər çıxardı. Əcaib ona görə ki, Pərviz bir-iki ay olardı işə düzəlmişdi və belə qulaqdələn həyəcan siqnalla yalnız kağız üzərində tanış idi, qaldı ki, tanışlıqla işə düzəlmiş mühafizəçi Əsəd bunun nə olduğundan baş çıxarsın.

Saat gecə ikinin yarısı olsa da,  Pərviz  icraçı direktora  təcili zəng vurmağı lazım bildi.

....

-         Saatdan xəbərin var, dəli olmusan məni bu vaxtda yuxudan oyadırsan?-deyə hələ tap toparlanmadığı aydın olan  professor Məsməliyev xəttin o biri ucundan deyindi.

-          Adil müəllim, inanmazsız, ancaq  3-cü sıranın ruportuna  siqnal daxil olub, orbitdən kənardan. Məlumat mübadiləsi üçün bizim təsdiqi gözləyirlər. Qəbuledicini işə salmaq üçün Sizdən cavab gözləyirdim.

-         Sən nə danışırsan...Qaç təcili  İrşadın oturduğu kompyuterdə, monitorun sağ küncündəki  taytl yazılan hissədə hansı adın göstərildiyini mənə de. Di tez ol.

Pərviz özünü yaman itirmişdi. Bilmədi smartfonunu bir yerə qoysun yoxsa özüylə götürsün. Əsəd isə vəziyyətin qəliz olduğunu görüb, ayaq yoluna getmək bəhanəsi ilə aradan çıxmışdı. Üçüncü cərgədəki monitorların işıqlar yanmadığından alaqaranlıqda ayağının altında keçən naqillərin qovşağına fikir vermədi, ayağı ilişib üzüstə yerə gəldi. Yenidən ayağa qalxıb, ufuldaya-ufuldaya üstündə lazımsız yapışqan kağızların, qəribə cizgi filmi qəhrəmanlarının mini təsvirləri ilə bəzədilmiş monitorun sağ kənarına nəzər yetirdi. Smartfonun yenidən qulağına alıb.

-         Azersat 1.0   yazılıb

Xəttin o biri ucunda tam sükunət yarandı. Elə bil  Məsməliyev nəfəsini belə saxlamışdı.  Xoşbəxtlikdən kirayə qaldığı evlə idarəetmə mərkəzinin arasında 1 məhəlləlik məsafə vardı. Ayaqnan belə gedib gəlmək vur tut 2-3 dəqiqə çəkərdi. Mərkəzin yazılmamaış qaydalarından biri də elə buydu: rəhbər mərkəz yaxınlığında yaşamalı idi, hərbi hissə yaxınlığında hərbi şəhərcikdə qalan kombriqlər, bölmə rəisləri  kimi .

-         Dəstəyi yerə qoyma, rəyasət heyətini qaldırıb, 5 dəqiqəyə özümü çatdırıram ora!

***                            ***                       ***

Seymur  özünə gəlib, zədələnmiş boynunu ovuşdurdu. Birdə gördü ki, Dadaşov  məzarlıqda kabus görmüş insan kimi gözlərini zilləyib ekrana.  Ekranda Mərkəzlə yaradılmış rabitədən göndərilən  görüntüdə canlı rejimdə  2 ağ xalatlı professor və 3 yüksək-çinli tünd göy mundirdə olan zabitlər ayaq üstə həyəcanlı baxışlarla, qarşı tərəfin Dadaşovun dillənməsini gözləyirdi. Professor Məsməliyev işarə barmağı ilə eynəyini burnuna yaxşıca otuzdurub, səbirsizcə  sözə başladı

-         Kapitan Dadaşov, Salam... Özümü təqdim edim,  mən Adil Məsməliyev   Bakı Kosmik İdarəetmə Mərkəzinin yeni direktoruyam, solumdakı 2 nəfər mərkəzin məsul işçiləridir, sağımda duran cənablar Təhlükəsizlik və Müdafiə Nazirliyinin işçiləridir. Arxamda duran mülki geyimdə olan şəxs isə...

Kapitan Dadaşov  dilə gəldi

-         Arxanızda duran şəxsi yaxşı tanıyıram...Kapitan Nemanzadə. Mənim yaxın dostum - deyə kinayəli səs tonu ilə vurğuladı - Görürəm mundirdən azad olmusan Malik ?

-         Kapitan yox, artıq polkovnikəm ,  Etibar.... uniformaya gəlincə, artıq prezident administrasiyasında çalışıram - müşavir. Ona görə mülki geyimdəyəm.

-          Bəs, Sənanov hanı, onu burda görmürəm?

Dadaşov  ekranda olanların baxışlarının  toqquşduğunu, Genuyada Fieskonun suiqəsd iştirakçıları tək bir-birinin gözlərinə baxa-baxa  hərəkətsiz şəkildə bir-birinə işarə etdiklərini sandı.

-         Etibar, Sənanov çoxdan vəzifədən azad edilib, 2 il əvvəl  vəzifə başında etinadsızlığa görə işdən qovuldu, heç bir sistemə götürmədilər işə,  prezident təqaüdünü ləğv edib, adi baza pensiyasına otuzdurdular. Dözməyib martda ürək tutmasından keçindi.

Dadaşov köhnə iş yoldaşının belə yersiz zarafat etməsini hec cür anlaya bilmədi.

-         Nə çərənniyirsən....Onuynan bir-iki saat əvvəl danışmışam. Özüm şəxsən danışmışam. Mənə stansiyanın yerlə bütün rabitə xəttlərini müvəqqəti dondurmağıma  göstəriş vermişdi.

Zabitlər Nemanzadənin və professora çaş-baş şəkildə baxırdı. Ağ xalatlı cavan  mərkəz işçilərindən biri xəlvətcə Məsməliyevə yaxınlaşıb qulağına nəisə pıçıldadı.

Dadaşov yenidən onları inandırmağa çalışdı

-         Səhvimi boynuma almalıyam, gəmidə insident baş verib, Sənanova məruzə eləməmişəm, eləməmişəm deyəndə ki, heç buna macal verməyib. Stansiyada cinayət baş verib. Gürcüstanlı və Belarusdan olan  ekipaj üzvümüzü qətlə yetiriblər. Bir az var zərərsizləşdirdiyim Qazaxstanlı ekipaj üzvü artıq  burda 2 astronavtı qanını töküb... - Dadaşov göz yaşlarını saxlaya bilmədi, danışıq tərzi yumşaldı - artıq başımı itirmişəm, - hönkür-hönkür sızıldayaraq, aciz şəkildə kresloya əyləşdi , başını əllərinin arasında gizlətdi. - Bura bir sallaqxanaya dönüb, ömrümdə bu qədər qan görməmişdim. Güllə olsaydı çaxardım başıma....Bu işə axı niyə razılaşdım.?! Ölən iki heyət üzvünün ailələlərinin onları cənazələri üçün gələcək hökümət nümayəndələrinin üzlərinə necə baxacam

Məsməliyevin him-cim işarəsi ilə ağ xalatlılar ekrandan aralandı. Yalnız idarəetmə mərkəzinin rəhbəri, dolu, yaşı 60-70 arası bir heybətli zabit  və  köhnə dostu Nemanzadə qalmışdı.  Mərkəzin direktoru "deyəsən başına hava gəlib" deyə Nemanzadənin qulağına pıçıldadı. Nemanzadənin əl işarəsi və turşutduğu üz cüzgilərindən onun heç də bu replikalardan xoşlanmadığı sezilirdi. Professor yenə özünü saxlamayıb artıq ekrana baxa-b axa:

-         Kapitan Dadaşov - kosmik stansiya....

Nemanzadə professorun sözünü kəsib tələsik Dadaşova səsləndi.

-         Qoy mən deyim... Etibar özünü ələ al,  eşidəcəklərini səni şoka sala bilər. Ona görə özünü bərk tut.  Azərsat stansiyası işə düşəndən biz  - biz deyəndəki Kosmik Mərkəz səninlə yalnız bir dəfə əlaqə saxlamışıq, o da kı, stansiyadakı seqmentlərin işini uzlaşdıran sistemi aktivləşdirdikdən sonra məruzə etmişdin. Ondan sonra heç nə. Tam zülmət;  Stansiya son iki ildə müəmmalı şəkildə yoxa çıxıb. Sənnən  əsər-ətər çıxmadı, peyklərlə yoxladıq, heç nə, yenə inanmağımız gəlmədi bu boyda stansiya Yerin orbiti yaxınlığından necə qeyb ola bilərdi axı. Məcbur olub həmin vaxt Beynəlxalq Kosmik Stansiyanın demontajı ilə məşğul olan NASA astronavtlarından "əl-üstü" bizim stansiyanın öz cari kordinatlarında mövqe tutub -tutmadığını öyrənməyi xahiş etdik.  Stansiyadan yenə bir xəbər yox idi. Layihə tam iflasa uğramışdı. 2 ildir ki, bu xəbəri kütləvi informasiya vasitələrindən bir-təhər gizlədirik. Əvvəlcədən sənin  qeyd olunan görüntülərini montaj edib, sənin sağ-salamat olduğunu hər şeyin normal olduğunu  göstərməyə çalışmışıq.

-         Yox, yox, yox... Mənə qulaq asın, sizə deyirəm, stansiyada qan töküblər, bizi təcili evakuasiya etməlisiz. Sağ qalan o biri iki heyət üzvünün həyatı üçün narahatam. Əmrinizi gözləyirəm. Biz....

Nemanzadə yumruğunu var gücü ilə qarşısındakı masanın üstünə vurdu. Məsməliyev  o qədər diksindi ki, atılanda eynəyi yerindən oynadı.

-         Biz, nə biz? Sən nə danışırsan...Nə biz, ... biz deyilən şey yoxdur... Nə gürcü, nə belarus.... nə amerikan.... Səndən başqa stanstiyada heç kim yoxdur ay axmaq, sən Azərsat kosmik stansiyasına təhkim olunmuş yeganə ekipaj üzvü həm də   rəhbərsən.

Dadaşovun gözləri yaşardı.  Başını əllərinin arasında üzə çıxarıb, hələ də bu ideyaya müqavimət göstərircəsinə, ağzının altında nəisə donquldandı.

-         Görürdün, sənə deyirdim axı -

Dadaşov bir də gördü ki, Seymur arxadan zərbə alan o deyilmiş kimi, yenidən Patsakın boynunda əyləşib və dişlərini ağardır.

-         Sənə deyirdim, mənə inanmırdın...bunlar hamsı sənin illüziyalarındır.  

Dadaşov udqunub, yenidən ekrana baxdı

-         Onu görürsüz? Bax bu əclafı deyirəm...2  kosmonavtı öldürüb.

-         Görürük, görürük. - deyə sözlər həvəssiz şəkildə Nemanzadənin dilindən çıxdı.

-         Bax  o öldürüb ekipaj üzvlərini.

Professor qəribə şəkildə soruşdu

-         Kapitan Dadaşov, başa düşürük ki,  tənhalıqdan stres keçirmisiniz, yaşıl həbləri vaxtında atmayanda hallüsinasiyaların, sayıqlamaları olması gözləniləndir, ancaq tam səmimi deyirəm, sizin kimi hazırlıq səviyyəsi , sizin qədər təcrübəsi olan bir peşəkar üçün ə belə bir halın yaşanması bizim üçün gözlənilməz oldu.   Patsak, ideal şəkildə hazırlanmış, insana heç bir halda xətər gətirə bilməyən robotdur. Onun proqramında ümumiyyətlə öldürmək, insana hücum etmək deyilən bir formula yoxdur.

-         Patsakı demirəm, onun boynunda oturub, hırıldıyan bu əclafı deyirəm.

Nemanzadə yenidən səbirsizcəsinə

-         Etibar, bir də deyirəm, orda Patsak və səndən başqa heç kim yoxdu. Faktiki olaraq sən stansiyada yeganə canlısan. Bəsdir bu oyunları oynadın. Bizi qorxudursan.

Seymur  Patsakın boynunda tarappıltıyla yerə düşüb,   hər şeyə biganə olan dəmir parçası robotun başını sevimli ev heyvanı kimi sığalladı.

-         Sənə nə deyirdim... Mənə inanmırdın

Seymur  özünü əməlli başlı təlxək kimi, aparır; əllərini qartal tək açıb   sağa-sola süzdü, sinxron şəkildə dalğalandıraraq,   səma yırtıcısını imitasiya etməyə çalışdı. Görünür, hər vəchlə Mərkəzdə olanların diqqətini cəlb etmək istəyirdi- deyə Dadaşov düşündü.   Yerdə olanlar isə yalnız  ekspedisiya başçısını qəribə şəkildə seyr edirdi.  Bu dəqiqə əlinə tapanca versəydilər, boşaldardı bir daraq gülləni  onu qıcıqlandıran bu "Qazaxın" beyninə.

-         Əlaqəni kəsmək vaxtıdı, cənab Kapitan - deyə Seymur hələ də ekranın qarşısında var gəl edərək,  xəbərdar etdi. - təhlükənin yaxınlaşdığını hiss edirəm

Dadaşov özündən asılı olmayaraq təlxəklik edən, ancaq indiyənə kimi dedikləri düz çıxan Seymurun sözlərinə daha çox inanırdı. Bu qəribə duyğunun mahiyyətini anlaya bilmir.

-         Əlaqəni kəsmək məcburiyyətindəyəm - deyə Dadaşov ekrandakılara səsləndi.  Yeni kapitan Seymur....Tfu...heç soyadını da bilmirəm, soyadın nədir sənin?

-         Məmmədov, Seymur Məmmədov, anket dolduracaqsansa, təvəllüdümlə, doğulduğum yeri də deyim

Dadaşovun öz-özünə danışması artıq Kosmik İdarəetmə Mərkəzində konkret cavablar gözləyən operativ heyətin əsəblərinə işləyirdi. Bayaqdan lal-dinməz duran yaşlı zabit, boğazını təmizləyib imperativ ədayla:

-         Termotoksin  aparatının vəziyyəti nə yerdədir, dayandırmamısan hələ?

-         Hə işləyir, niyə soruşursuz ki, sistemdə heç bir nasazlıq yoxdur.

Seymur uniformanın boyunluğunu qaldırdı və  Dadaşova yaxınlaşıb qulağına pıçıldadı.

-         Bax müqaviləyə qol çəkdin, sən təməl insan hüquqlarından məhrum olursan, özün görürsən də, onu sənin sağ-salamat olmağın yox, başına gələn bütün pis hadisələrin səbəbkarı olan termotoksin aparatıdır. Onlara vacib olan odur ki, bu aparatı daimi olara saz işləsin. Elə bilirsən son iki ildə sənin qara qaş-gözün üçün darıxmışdılar. Sadəcə onlara eksperimentin nə qədər uğurlu keçdiyini və nəticələri öyrənmək istəyirdilər, vəssalam. Onu dakı, indiki  rabitə ilə əldə etdilər. Rabitə qurulan zaman stansiyanın sisteminin reyestri, əsasən də termotoksin aparatının rəqəmsal göstəriciləri birbaşa Mərkəzin superkompyuterinin yaddaşına rezervləşdirilir. Vəssalam. Qardaşım  həmin müqaviləyə qol çəkməklə sənə faktiki olaraq əlivə ölüm şəhadətnaməni veriblər.

Dadaşov tərəfə  baxan ekrandakıların baxışları birdən birə  tələyə düşmüş tülkü kimi təşviş-həyəcan formasını aldı. Bir anın içində, ekran partlayaraq, qığılcımlarını və şüşə qırıntılarını ətrafa səpələdi, çəkisizlik şəraitində partlayış dalğası o qədər güclü oldu ki, Dadaşovu birbaşa seqmentin xüsusi möhkəm metal qatqısından hazırlanmış korpusuna çırpdı.  Qığılcımlar  yanğın xəbərdarlıq sisteminin sensoruna düşdüyündən, həyəcan siqnalı qalxdı.

-         Diqqət,  A3-2 seqmentində yanğın təhlükəsi var. Diqqət , A3-2 seqmentində yanğın təhlükəsi var. Zəhmət olmasa yuxarı paneldəki qırmızı manual düyməsini basıb əleyhqazı geyinin və fövqəladə vəziyyət rejiminə keçin.  (deyə sistemə əvvəlcədən yazılmış kişi təlimatçısının xəbərdarlığı səsləndi)

Patsak  20 metrə qədər uzana bilən əli ilə, lazımı düyməni basıb əleyqazı çıxardı və fövqəladə vəziyyəti deyil,  nasazlığın avtomatik aradan qaldırılması rejimini tətbiq etdi. Həyəcan siqnalı dərhal kəsildi. Əleyhqazı yarı-huşsuz olan Dadaşovun başına keçirdi və özü havada xaotik şəkildə uçan şüşə qığılcımlarını öz daxili tozsovuran ilə yığmağa başladı. Çəkisizlik olmasa da, Seymur əvvəlki kimi ayaq üstə idi və seqmenti girişi tərəfə həyəcanla baxırdı. Seqmentin girişində ekspedisiyanın yeganə qadın üzvü olan Amerikalı astranavt Keyti gördü, hər iki əlində  Dadaşovun iki il ərzində çantasına gizlətdiyi qırmızı-sarı dəstəli iki bıçağı parıldadı. az qala bu dəqiqə Seymurun üstündə dişi aslan tək atılacaqdı. Sarı-qırmızı dəstəli bıçağın üçüncüsünü isə Dadaşov bilək hissəsində gizlətmişdi.  Yerində olub-olmadığını yoxlayanda gözlərinə inanmadı. Son bir saat ərzində Dadaşovdan bir dəqiqə uzaqlaşmayan bu iti alət müəmmalı şəkildə yoxa çıxmışdı. Ekranın arabir qığılcım saçan dəliyində bir gümüşü işıltı gözünə sataşdı. Aha...həmin qırmızı-sarı dəstəli bıçaq idi, məsələnin bir tərəfinə əmin oldu ki, ekranı bıçaq  atmaqla partladıblar, ancaq həmin bıçağın onun biləyinin arasından neçə düşdüyünü və Keytin həmin bıçaqla telekommunikasiya monitorunu niyə partlatdığını anlaya bilmədi.


Keyt sağ əlindəki bıçağı sərrastca Seymurun sinəsi istiqamətində atsa da, "qazax" vaxtında tərpəndi , ülgücü yalnız sağ çiyni cızıb-kəsdi və ayaqaltındakı kiçik dəmirbarmaqlıqların altında düşdü.   Sol əlindən sağ əlinə aldığı ikinci bıçaq bu dəfə havada uçmadı.  Seymur  yaralanan  və al qana boyanan çiynini tutub, ona tərəf bıçaqla hücum edən Keytə müqavimət göstərmək üçün lazımı müdafiə vəziyyətini aldı. Keyt ona çatar çatmaz, bütün bədən çəkisini arxaya atdığı ayağına verib, sol əli ilə boynundan tutdu və ətaləti pozmadan, sağ əli ilə müşayət edə-edə qəfil sağ əlini ani peyda olan taxta dirək kimi möhkəm saxlayıb əks istiqamətdə hərəkət etdirdi. İki əksqüvvənin çarpışmasından, bir nöqtəyə gələn Keyt və Seymurun az qala beton qüvvəsi almış sağ qolu ilə toqquşmasından  Amerikalı astranavt boğaz hissəsindən gələn xırçıltı səsi ilə yerə sərildi.   Seymur yerdə hərəkətsiz sərilmiş,  Keytin nəbzini yoxladı.

-         Boynu sındı...  Qaldı biri.

Dadaşov gözlərinə inanmırdı. Birinci dəfə idi ki, qarşısında adam öldürürdülər.Daxili havanın normal tələblərə cavab verdiyi haqqında kompyuter car çəkdi.  Dadaşov başa düşdü ki, qonşu seqmentə keçib, hermetik qapını bloka qoymaq üçün ta bundan yaxşı fürsət ola bilməz.  Yoxsa bu manyak tezliklə onun da axırına çıxacaqdı.  Ayağa  qalxıb, seqmentin  kənarında naqillərdən tutaraq, güc topladı və ikinci modula çəkisizlik şəraitində uçub, düşə bilmək üçün lazımı sürət yığmağa çalışdı.  İki təkana artıq ikinci seqmentdə  idi. Hermetik qapını bağlayıb pəncərəsindən Qazaxın hələ də Keytin  idman geyiminə bənzər gündəlik uniformasının ciblərini yoxladığını gördü.

-         Hə əclaf indi içəridə vakum əmələ gətirim, onda görüm necə sağ qalırsan?

Seymur onun sözlərinə reaksiya verib, ona deyil qarşı 3-cü seqmentin girişinə doğru baxdı. İnana bilmədi, hermetik qapılar  əslində səsi keçirmirdi.

-         Vakum əmələ gətirsən özün də  məhv olarsan...-

Səs arxasından gəlirdi.   Seymur qonşu seqmentdə, olduğu halda, onu pəncərədən gördüyü halda, səs müəmmalı şəkildə arxadan gəlirdi. Burulub bir də gördü ki, Seymur  elə həmin vəziyyətdə Keytin  meyitin ciblərini eşələyirdi.  Qapısını bağladığı seqmentdə yox, gizləndiyi seqmentdə. Tam güzgü effektiydi.  Dadaşov artıq dəli olmaq həddinə çatmışdı. Yenidən pəncərədən qonşu seqmentə təşviş dolu  baxışlarla nəzər saldı. Orda da Seymur  əyləşmişdi, indi gizləndiyini saydığı Yapon modulunda da Seymur eyni vəziyyətdə durmuşdu.  Sadəcə mövqelər əks idi.

-         Bizdən  stansiya ərazisində heç yerə qaça bilməzsən.... Hamsı sənin beynindədi...yox-yox,  şəxsiyyətin ikiləşməsi və çoxlaşması  deyilən şey yaşamırsan. Biz proyeksiyalarıq, kosmosun uzaq ulduzlarında  transmissiya olunmuş proyeksiyalar.  Əvvəl də dediyim ki, burda sənin bircə dostun varsa o da mənəm,  Nado, Yeqor, Keyt, Andrey bunların hər biri proyeksiyalardır. Sənə elə gəlir ki, onlarla son 2 ili keçirmisən, sənə elə gəlir ki, onlarla birgə duz-çörək kəsmisən, dərdlərini bölüşmüsən, onları tənbeh edib-tərifləmisən və ya açıq kosmosda təmirə göndərmisən,nə bilim eh digər tapşırıqlar vermisən. Bunların heç biri həqiqətdə olmayıb.  Proyeksiyalar da şəxsiyyətlər kimi fərdi xasiyyətlərə malik olur, onlardan bəziləri  sənin beynində öz təyinatını bilir, məsələn mənim kimi, və Rusiyalı kosmonavt saydığını Yeqor proyeksiyası kimi. Ancaq  sobada qalıqlarını aşkarladığını sandığın Andrey və ya indicə öldürdüyüm Amerikalı gözəlçə Keytin proyeksiyası həqiqi təyinatını bilmir. O sadəcə sənin düşüncələrində, məni düşmən sayır, ekipaj üzvlərini öldürdüyümü düşünür. Ona görə mənim üzərimə bıçaqla hücum etdi. Əslinə qalanda heç kim heç kimə hücum etməyib, çünki biz mövcud varlıqlar deyilik, sadəcə proyeksiyalarıq. Ona görə də, belə demək olarsa, bütün yaşananlar sənin beynində gedən bir növ simulasiya prosesidir. Sənin üçün qeyri-reallığı reallığa çevirir.  Bax, indicə Mərkəzlə danışan zaman əlaqənin sonunda ekrandakılar baxışlarında bir tuhaflıq duydun.  Çünki sən Keytin ekranı bıçaqla dağıtdığını düşünürdün. Əslində isə onların son gördüyü şey, sənin əlindən qəzəbli şəkildə buraxılan qırmızı-sarı dəstəli bıçaq oldu. İndi sənin beynində 2 proyeksiya qalıb. Mən ---sənin dostun və Yeqor göndərilən ən təhlükəli proyeksiya,..... bax görürəm məni anlamaqda çətinlik çəkirsən.Ağlına neçə-neçə gümanlar gəlir...Təsəvvür etdi ki, sən təhlükəsizlik proqramı, sizin dillə desək anti-virusu olmayan bir  sistemsən, götürək sadə əməliyyat sistemini,  biz də uzaq planetdən  super-istedadlı  hakerin göndərdiyi  təhlükəli viruslar və ya soxulcanlar.  Bizlər,  yəni biz deyəndəki Yeqordan başqa qalan  proyeksiyalar, qovluğun içində olan adi fayllarıq, təyinatımız  həqiqi virusu sistem istifadəçisinin diqqətindən yayındırmaqdır. Yeqor isə troyan virusudur.  Əvvəl o da adi fayl kimi sistemdə istifadə olunur, bir pozuntu yaratmr, ancaq sonradan saatlı bomba kimi işə düşür və ya elə adından da məlum olur, necə ki, Troyaya hədiyyə edilən at heykəlin içindən gecəylə spartalı əsgərlər axışıraq şəhəri viranə qoyur.

Dadaşov  bu fikirləri şüurlu şəkildə təkzib etməyə nə qədər çalışırdısa, şüar-altı Seymurun dediklərinə inanmağa məcbur edirdi. 

-         İndi deyirsən sizlər mövcud deyilsiz? Bunların hamsı xam-xəyallardı?

-         Bəli, elədir ki var.

-         Sən qarabasma və ya o söz ki, işlədirsən ...("Proyeksiya"deyə Seymur xatırlatdı) hə proyeksiyasansa, onda  gözümü yumub özümə inandıra bilərəm ki, mövcud deyilsən, sonra gözlərimi açaram sən də yoxa çıxarsan.

Seymur başını bulaya-bulaya kapitana  yaxınlaşıb əlini dostcasına onun çiyninə qoydu.  Dadaşov bir qədər hürküdü.

-         Sakit ol... Nədən çəkinirsən, mən sənin burda yeganə dostunam. Bunu yadda saxla...Sualına gəlincə, "YOX"

-         Nə "YOX"

-         Yox ki, məsələni müşkil tərəfi də elə ondadır, bəli bu faktı danmaq olmaz ki,  şəxsiyyətin ikiləşməsindən, şizofreniyadan əziyyət çəksəydin, iradi olaraq onun öhdəsindən gələ bilərdin. Ancaq biz axı proyeksiyalarıq, anlaşılsın deyə sənə asan dildə başa saldım axı, viruslar...Kosmosun insan üçün əlçatmaz bucağından göndərilmiş viruslar,   lazımı təhlükəsizlik tədbiri görmədiyin halda sistemi onlardan necə təmizləmək olar, yalnız formatlaşdırmaqla, bədxassəli şişdirsə nə bilim kəsib tullamaqla, sənin beyninlə bu variant  sənin intihar etməyinə bərabərdir ki, bu heç bir tərəfə sərf eləmir. Sənin yalnız iki variantın var. Qabaqcadan deyim ki,  bu iki seçimdən heç biri sənin ürəyincə olmayacaq . İndi isə gəl səni təhlükəsiz yerə aparım. Sənin bilmədiyin yer olmalıdır. Əks halda,  səndən hər vəchlə istədiyini almaq məqsədi güdən Yeqor, yəni  rusiyalı kosmonavt proyeksiyası bizi asanlıqla tapacaq. Dediyim kimi, beynin bu saat əks fikirlərin, toqquşan xəyalların əsl döyüş meydanına çevrilib. Gedək.




Baxış: 308


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13951)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə