Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 7-ci fəsil -Portalın yan təsirləri

13.02.2015 20:28

VII

PORTALIN YAN TƏSİRLƏRİ

Sərasər on beş il olarda ki, Seymur hələ bir qayıdış yolu tapa bilmədiyi yad planetə , təkcə qoxusu üçün burnunun ucu göynədiyi doğma dünyasından yeni əşyalar, avadanlıqlar, tikililər, təbiət landşaftı fraqmentləri və bəzən təsadüfi insanlar gəlməyə davam edirdi. Dırnaqarası aborigenlərin  "Ron-Qon-Don" adlandırdığı planetdə, "Yerlilərin" kontingenti bu illər ərzində böyüyərək,  Seymur və Russo ilə birlikdə 7 nəfər çatmışdı.  Özünə məlum olmayan səbəbə bu planetə portasiya edilmiş ikinci insan olduğunu nəzərə alsaq, ondan sonra peyda olan təsadüfi yerlilərin çoxu, peşə baxımından balıqçılar, dənizçilər idi. Üstəlik artıq onların heç biri nə Seymur kimi Azərbaycanlı, nə də Russo kimi Fransız deyildi. Cənubi Amerika və Afrikadan olan vətəndaşlardı. Üstəlik  iki il əvvəl  3 dost balıqçı  artıq planetin karantin zonasında yox, tam başqa- Seymur və Russoya məlum olmayan sahələrindən gətirilmişdi. Hər yeni "dünya sakini" planetdə peyda olanda, onlar toplantı keçirir, "qonağı" sual-cavaba tutur, onun həyəcanlanmaması üçün planet haqqında zəruri bilgilərlə məlumatlandırır və özləri üçün  nəyin-nə yerdə olduğunu aydınlaşdırmağa çalışırdı. Artıq özləri üçün bu müəmmalı fenomenin prinsiplərini müəyyən çərçivəyə təsbit etmişdilər:

1)    Dünyadan    bu yad planetə portallar 2 istiqamətdən açılıb: Azərbaycan və Atlantik okeanın cənubunda yerləşən vulkanik mənşəli Buve adasından balıqçıların yoxa çıxarkən olduqları son kordinatlar, həmin o adanın sularına gətirib çıxarırdı.

2)    İlk insanın gəlişindən 20 il vaxt keçsə də,  portala düşənlərin hamısı maksimum 4 saniyəlik intervallarla, habelə bu planet üçün ayrı-ayrı vaxtlarda Yer planetindən qeyb olub.

3)    İlk əvvəl Qara Dəlik variantı üzərində götür qoy etsələr də,  Seymurun Azərbaycan olan ikinci portal mənbəsindən gələn sonuncu  "yerli" olduğunu və ondan sonra başqa heç bir ərazidən insanların gəlmədiyini nəzərə alaraq,  bunu naməlum hökümətlərin və ya alim qrupunun keçirdiyi mətbuatdan gizli qalan eksperimentlərin fəsadları olması versiyası üzərində durdular.

4)     Hər teleportasiyadan sonra planet tədricən məhv olur,  planetin bir sutkası ərzində  4-10-  məhv edən halqalar ərsəyə gəlir.  Aborigenlər  planeti tədricən aşsüzənə döndərən və  500-1000 ilə tam orbitindən çıxmasına bais ola biləcək, özləri üçün yad olan dağıntı prosesini  insanların "Ron-Qon-Don"-a gəlişinin fəsdları olduğunu hesab edir.

5)    Teleportasiya bir tərəfə işləyir. Hələ ki, heç biri Dünyaya qayıda bilməyib,  bu versiyanı alt-üst edə biləcək bir yol var, məhv edən halqalar ərəfəsində göyə qalxan şüaya daxil olmaq. Ancaq hələ ki, heç kim həmin şüanın hara apardığını bilmək üçün həyatını riskə atmayıb. Onsuzda bu variantın heç bir faydası yoxdur.  Lap tutalım, o "bəyazlıq"  insanı dünyaya qaytarsa belə, planetdə təcrid olunmuş qalan 6 nəfər onun nəticəsi barədə hər hansı məlumat ala bilməyəcəkdi.

"Spektr" adlandırdığı işıldayan aborigenlərdən biri  qumsal təpədə uzanıb, qarşıdakı boşluğa tamaşa edən Russo və Seymura yaxınlaşıb, qarşılarında sallağı əyləşdi.

-         Şüanız əksik olmasın!

-         Hər vaxtın xeyr, spektr, şüan əksik olmasın (aborigenlər bu planetin əsas qida mənbəyi olan Qalifanın şüalarını  artıq sosial həyatın ayrılmaz hissəsinə çevirmiş, yerli leksikona əvəzolunmaz şəkildə daxil etmişdi.)

Spektr durmadan yaşıl,qırmızı, sarı, narıncı,boz,qara, ağ, göy, mavi, çəhrayı və s. insan gözünə naməlum olan rənglərə çevrilsə də, Seymurgil artıq yerli planet sakinlərinin dəri qatının bu dəyişkənliyinə alışmışdı.  Spektr burnundan axan suyu  ovucu ilə silib, quma sürtdü. Torpaq nəmlikdən onun əllərinə hopmalı olsa da,  bu mühitə gələn yad mənşəli struktur olduğundan heç bir reaksiya vermədən əlində olduğu narın kristallar şəklində əvvəlki yerinə süzüldü.

-         Nə xəbər spektr?

-         Çox pis xəbərlərdi, cənab Russo.   Halqalardan biri bugün icma başçımızın  oğlunu aparıb.   Sizin gəldiyiniz ulduza lənətlər yağdırırlar, özümüzkilərdən biri olsa idi, onun üçün narahat olardım, amma sizin həyatınız üçün qorxmuram.

-          Niyə?

-         Çünki lap sizə hücum etməyə qalxışsalar belə, bir xətər gətirə biləməyəcəklər? Mən ümumiyyətlə Sizi anlaya bilmirəm,...Siz öz ulduzunuzdakı fiziki göstəricilərlə gəlmisiz bizim  məskənə,  biz sizə heç bir vəchlə güc tətbiq edə bilmərik, bunun sadəcə öhdəsindən gələ bilmərik. Bütün bunları bilə-bilə bizə müqavimət göstərmirsiz, təcrid olunmuş ərazini tərk etməyə belə cəhd etmirsiz?

-         Axı nəyimizə gərəkdi, onsuzda sizin planetdən bir baş çıxara bilmirik. Biz sadəcə dünyaya qayıtmaq istəyirik. Sizin planetdəki dediyin kimi hər yerdə halqalar əmələ gəlir, bizə elə bu sahildə qalmaq daha münasibdir. Hər halda burda yerdən gələn dəmir sayəsində özümüzü sığortlaya bilirik.

-          Sizinlə bağlı dünənki icmanın toplantısında ciddi söhbət oldu...Başbilənlər   bizlərə 6 qalifa vaxt verib, sizin gəldiyiniz ulduz haqqında lazımı məlumatlar toplamağa.

-         Nəyə lazım olan məlumatlardan söhbət gedir?

-         Halqarların sizin gəlişdən sonra yarandığına əmindirlər, biz dinc ulduzun sülhsevər sakinləriyik, ancaq bizim üçün müdafiə hər şeydən vacibdir. Halqaların yaranma səbəblərini araşdırıb, kökündən kəsmək lazımdır.

-         Sizin bizim planeti məhv etmək istəyirsiz?

-         Biz o qədər də vəhşi deyilik,  məqsədimiz  məhv edən halqaların mənbəyini tapıb, onu aradan qaldırmaqdır. Bizim başbilənlərin gümanı belədir ki,  Sizin ulduzun başbilənləri kosmik səfərlər üçün yüksək çeviklik əldə etməyə çalışır. Bu onun fəsadlarıdır.

-         Yəni işıq sürətini nəzərdə tutursan?

-          Bəli hər halda bu planetdə hamımız fikir dilində danışırıqsa, deməli siz onsuzda mənim nə demək istədiyimiz anladınız, artıq suallara lüzum yoxdur.... - bizim başbilənlər hesab edir ki, sizin başbilənlər kosmik çevikliyi tam mürəkkəb yolunu - yəni bizə məlum olmayan yolunu kəşf edib.

-         Məgər "işıq sürətinin" sizə məlum olan asan yolu var?

-         Əlbəttə  biz  artıq yüzlərlə qalifa ərzində bu ulduz yoluna bələd olmuşuq.

-         Siz bizi də göndərə bilərsiz?

Spektr  ayağa qalxıb, burulub getmək istədi, Seymur onun əlindən tutan kimi,  spektrın dəyişən rəng çalarları onun bütün vücuduna sirayət etdi. Güclü ürəkbulanma hiss edib, reflektiv olaraq əlini buraxsa da, Spektrı geri baxmağa vadar edə bildi.

-         Sualımıza cavab vermədin dost? -deyə Russo da ayağa qalxıb onunla eyni səviyyədə səsləndi.

-         Mən yalan danışa bilmirəm...Sizi geri göndərmək mümkündür. Ancaq təəsüflər olsun ki,  başbilənlər bunu məqsədəuyğun görmür. Onlar hesab edir ki, sizi qaytarsaq ....

-         Qaytarsaq nə? Niyə əziyyət çəkirsən, olduğu kimi de.

-          Siz gedəcəksiz, ancaq halqalar bizim planeti məhv etməyə davam edəcək. Yəni  halqaların mahiyyətini öyrənmədikcə sizi əldən vermək olmaz. Sizin bilgilər bizim araşdırma üçün çox faydalı olacaq.

-         Bilgi-milgini  bilirsən harana...-Seymur özünə gəlib, aborigenə əsəbindən küfr etməyə çalışırdı ki, Russo "Bəsdi" deyə onun sözünü kəsdi.Spektr sözünə davam etdi.

-          İkincisi, biz hələ də sizin ulduzun harda yerləşdiyini dəqiqləşdirə bilməmişik, sizin tanıdığınız qalaktikalarla, bizə məlum olan qalaktikalar arasında heç cüzi əlaqə belə yoxdur. Üçüncüsü isə çevik səyahət edərkən zaman paradoksları yarana bilər.  Çox önə düşə bilərsiz. Sizin dillə desək çox uzaq gələcəyə. Sizin ulduzun kosmik mövqeyini bilmədiyimiz üçün atlama vaxtı arada neçə qara dəliyin olacağını təxmin etmək olmur.

-         Sənin dediklərindən elə çıxır biz burda sizin girovlarıq?

Spektr Russoya yaxınlaşıb qulağına pıçıldadı.

-         Mən bayaq sənə ipucu verdim, ancaq görünür, mənim işarəmi anlmadım, qaçın bu təcrid olunmuş sahədən, burda qalsaz sizi əmin edirəm heç  geriyə qayıtmaq demirəm, yaxınlıqdakı ulduzlara belə uça bilməyəcəksiz. şimalda İbra hündürlükləri var, orda məskunlaşın,   "Sansan" deyə müdrik varlıqlar var, sizin- bizim kimi  iki əl, iki ayaq - bədən quruluşunda deyillər, ilk rastlaşanda qorxa bilərsiz, ancaq tam  xeyirxah varlıqlardır. Sizə kömək edən olsa yalnız onlar olar.  Sadəcə bir şeyi qulağınıza sırqa edin,  bizim haqda bir kəlmə belə danışmayın. Ora  ki, düşdüz bizi tam unudun, sanki spektr deyə adlandırdığınız bizlərə heç vaxt rast gəlməmisiz.  Bizim adımızı çəksəz onların fikirlərində, gözləri qarşısında bizim rəng dəyişən dərilərimiz canlanır ki, bu onların son dərəcə həssas olan optik görmə sistemlərinə ağır əzab verir. Sizin xeyrinizə deyirəm, bu ulduzda elə sizə xətər də gəlsə, bircə onlardan gələcək. Unutmayın.




Baxış: 314


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13953)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə