Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 6-cı fəsil- Yarımçıq qalmış məzuniyyət

13.02.2015 20:30


VI

YARIMÇIQ QALMIŞ MƏZUNİYYƏT

Ozon qatı...Təki problemərin əsası, bu mif şəklində onilliklər ərzində insanların beyinlərinə yeridilmiş planetar böhran xurafatı olaydı. Monreal Protokolu ilə  stratosferik ozon təbəqəsini məhv edən xlorin və bromin tərkibli maddələrin istehsalı və zavod-fabriklərdəki emissiyaları  beynəlxalq nəzarətə götürüldü. Məqsəd qütblərdə iqlimin kəskin şəkildə dəyişməsinə yol açana "ultrabənövşə" bombardmanın qarşını almaq idi.  2014-cü ildə ozon təbəqəsinin tədricən bərpa olunması xəbərini dünya ictimaiyyəti bir müştərək qələbə kimi car çəkdi. Axı problemlər bununla bitmir, sadəcə bir-birini müəyyən vaxtdan sonra əvəz edir, ozon qatı yerinə gəldi,  bir neçə il sonra turşu yağışlar başladı,  ozon bərpa oldu, Qolfstrim cərəyanı dayandı, ozon qayıtdı mussonlar cənub-şərqi Asiyanın xəritəsini əməlli başlı cızma-qara etdi.

Etibar (Dadaşov)  Əhmədlidə qaldığı həyət evində,  yerə saldırdığı süni ot təbəqəsinə  uzanıb, "saçlarını darayan günəşin" şüalarını az qala hava kimi udurdu.  Son üç ildə, yay olsa belə, günəşin belə parlaq, tam göz dələn sarı olmasa da, qəhvəyi ilə, narıncı çalar arasında olan bir tutqun rəngdə olduğunu görməmişdi, indiki vaxtlar üçün əslində bu tutqun rəng özü bir, təbiət töhfəsi sayılardı.  Uşaqlıq illərini xatırladır ona, bu istisi yerə çatmasa da,  isti vermiş kimi olan günəş. İndi günəş evin divarına vurulan gözəl mənzərə kimi bir şeydi desə yanılmaz.  Kim bilir bu yanar ulduzda termoproseslər zəiflədikdən sonra, bir tədbir görülməsəydi, bəşəriyyət bir-iki ilin içində kosmosun xatirə kitabına düşə bilərdi. Ancaq çıxış yolu kimi  havaya,   göydən yer təbəqəsini istilik dalğaları ötürən,  uzunmüddətli uçuşunu təmin etmək üçün uran enerjisi ilə çalışan  milyonlarla, kim bilir milyardlarla  termo-dronlar buraxdılar. Səmaya baxanda indi buluddan çox onların xaotik görsənən, əslində isə ideala yaxın planlaşdırılmış trayektoriya ilə uçan az qala birbirini sürtüb keçən bu  avtonom idarə olunan uçağları görmək olurdu. Universitetə daxil olduğu ildə, yaddındadır ki, hələ səmada süzən bu xilasedicilərin sayı az olduğundan temperatur aşağı idi, yayda belə müsbət on səkkiz, müsbət iyirmi dərəcəni ötməzdi, az olduqlarından həmdə başını qaldırıb yuxarı baxanda, sanki  bir neçə nəhəng qarğa dəstəsinin havada qəribə şəkildə savaşdığını görürdün. İndi isə o qədər çox və  kütləvi idilər ki, səmada bulud əvəzi statik bir qara qübbəyə bənzəyirdi. Hə termo-dronların digər üstünlüyü onların  gecələr,  yer planetinin məskunlaşmış ərazilərini - əlbəttə ki, okeanlar və səhraların əksər bölgələrini çıxmaq şərtilə - işıqlandırırdı. Təbii gecənin nə olduğunu artıq bu ekoloji inqilabdan sonra doğulmuş uşaqlar anlatmaq müəllimlərə, valideynlərə olduqca çətin gəlirdi.

Bütün bunları  istər-istəməz düşünən Etibar,  uşaqlıq illərinə hər şeyin təbii olduğu vaxtlara dönmək, süni otun üzərində deyil,  kələ-kötür, tir-tikanlı yabanı otun, daş-kəsəyin üzərində uzanmaq istəyərdi.

Etibar, yanına gələn var.  İşyerindəndi deyəsən, hərbi formadadı. -deyə həyat yoldaşı onu bu düşüncələrin ağuşundan qopardı.

Burax gəlsin!...

***              ***              ***

-         Etibar, bu tam məxfi layihədi, sənə deyirəm.   Ya bu sənədi imzalayıb, məsuliyyəti öz üzərinə tam götürürsən, ya səni ümumiyyətlə idarədən xaric edirik.   Bütün həssas avadanlıqlar, son dərəcə qiymətsiz təlimatlar, proqram təminatları necə deyərlər "sənin əlindən keçəcək".  İnan mənə  idarənin verdiyi qonorarla elə qayıdan kimi təqaüdə çıxa bilərsən. 

-          Yüz min? -deyə artıq Dadaşova maraqlı gəldi.

-         Bir sıfır da əlavə elə -  Kapitan Nemanzadə dişlərini ağartdı. Məbləğin göstərdiyi effektdən razı qaldı

-          Bir milyon manat , bir milyon manat,,, həqiqi deyirsən Malik?

-         Etibar, xətrini çox istiyirəm, ancaq bir iki dəfə məni yalan danışan görmüsən,...

-         Qardaşım, onda gərəy düzünü deyəsən, çox təhlükəli işdi də, yəqin kosmosda radiasiyayla əlaqələ tədqiqatlar aparacam. ?

Hər tərəfdən dəmirə bənzər materialdan olan lövhələrdən qurulmuş, divar kağızı və ya nano-liflərdən ibarət işıqsaçan örtüyü olmayan  kiçik kabinetə baxanda kapitan Nemanzadənin bədəninə vic-vicə düşürdü. İçəri həqiqətən də soyuq idi. İstər istəməz oturduğu stulun  belinə asdığı  pencəyini geyinib, özünü qabağa verdi.

-         Bu soyuqda necə oturursa, ağıllı isitmə sistemin işləmir bəyəm.

-          Yox, özüm bədənimi soyuğa öyrəşdirirəm, süni soyuğa, görürsən kondisoneri qoşmuşam... Termo-dronların əlindən şaxtaya-borana da həsrət qalmışıq. Dedim evdə heç olmasa əvvəlki illərin imitasiyasını yaradım.  Bu bir yana sən sualıma axı cavab vermədin ?

Kapitan başını buladı,   Dadaşovun kondisoneri söndürdüyünü görüb, yenidən pencəyinin düymələrini açmağa başladı

-         Bilirsən Etibar, mən sənə nə qədər yaxın olsam da,  sənədi imzalamamış layihə barədə bir kəlmə belə deyə bilmərəm, ancaq sən mənim dostum-qardaşımsan, ona görə də, bir kəlmə ilə səni əmin edirəm ki, heç bir radiasiya, filan yoxdur. Gördüyün iş sadəcə lazımı düymələri basmaq olacaq.  Vəssalam

-         Missiyanın təyinatı nədir?

Kapitan artıq danışığın  faydasız olduğunu görüb, ayağa qalxdı, sənədi etibarın qarşısından  götürüb mavi qovluğun içinə qoydu və barmaq izini lazımı sensorun üzərinə qoymaqla onu tam kilidlədi. Burulub getmək istəyirdi ki,  Etibar qolundan tutdu.

-         Yaxşı razıyam ,  ver qol çəkim. Sənə bilirsən ki, inanıram. Bircə mənə de görüm, missiyanın müddəti nə qədərdir və ekipaj üzvü neçə nəfər olacaq?




Baxış: 329


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13946)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə