Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 5-ci fəsil -Təfsilatlar

13.02.2015 20:34

V TƏFSİLATLAR Bakı Kosmik İdarəetmə Mərkəzi -         “Bilirsən Allah hər şeyi qədərində verib,  insan yaranandan ölənə kimi  özünə müəyyən çərçivə seçməlidir, çərçivəsiz  həyat tərzi, hüdudları aşan şımarığlıq... bunlar hamsı bəni adəmin öz ziyanına işləyir.  Tanrı istəsəydi qarışqalar bizdən daha irəli gedib dünyanı öz nəzarətlərinə keçirərdilər. Qarışqanın yeraltı dünyası ideal bir cəmiyyətdir,  həm göbələk əkən əkinçisi var, həm yaşıl bit sağan maldarı, həm hüdudları canı bahasına qoruyan əsgəri, həm qan-tər töküb, kraliçaya sadiq olan fəhləsi. Klifford Saymak əsərlərin birində belə bir fikir ortaya atıb, ki , onu xatırladmasam qəbahət olar. Saymakın təbirincə desək, qarışqaların davamlı inkişafını əngəlləyən onların qış yuxusuna getməsidir, yəni qışda bütün işləri yekunlaşdırıb yuvalarına çəkilməsidir. Əsərin protoqonistlərindən biri süni üsullarla qarışqaların yuvasını isidir. Nəticədə yüz illər sonra qarışqalar özlərinə göydələn hündürlüyündə yuvalar tikməyə, sürətlə çoxalmağa , müasir texnologiyalar icad etməyə başlayırlar. Bakı   Kosmik İdarəetmə Mərkəzində gərginlik ən yüksək həddə çatmışdı.  Onillərin əziyyətli, çoxmilyardlıq birgə layihəsi bir anda puç ola bilərdi. Bütün şəxsi heyət, Mərkəzin ali rəsmiləri,  prezident administrasiyasından nümayəndələri, Rusiyadan yollanmış nümayəndə heyəti,  yüksək çinli hərbi zabitlər, və ən əsası kosmonavtika sahəsinin aparıcı mütəxəssisləri  Azərsat-ın əlaqə yaratmasını gözləyirdi.  Günəşdə baş verən güclü termopartlayışdan sonra yüksək dalğalar rabitədədə ciddi problemlər yarada bilərdi.  Layihə rəhbəri Sənanov Fərman, piylənmədən “pırtlamış” yekə qarnı və ətrafları ilə bir tövr özünü  superkompüter operatorunun yanındakı yığcam taburetə yerləşdirə bilmişdi. -         Fərman, bu qarışqa söhbətinin bizim bu məsələyə nə aidiyyatı var axı,  -deyə yüksək texnologiyalar naziri soruşdu Kimi dərin fikrə gedəndə, öz fikirlərini ifadə edəndə çənəsini ovucunda saxlayır, kimi başın qaşıyır. Sənanov  kompleksiz şəkildə, həmişə olduğu kimi burnunun eybəcərcəsinə uzanan tüklərini oynaşdırırdı. -         Lap əla aidiyyatı var cənab nazir, ... biz yəni insanlar bunca illər inkişafdan, texnoloji bumdan sonra, fantastik filmlərin demək olar ki, əksər problemlərinin reallaşdığı bir zəmanədə  bəşər övladı hələ də işıq sürəti ilə hərəkət edə bilən bir gəmi hazırlamayıb. Yəqin Tanrı ona görə alimlərimizə bu çözümü  ilhamlandırmır ki, həddimizi aşacağımızı bilir...Bilirsən.... Nazir  Sənanovun bir qədər kefli olduğunu başa düşüb, ona tərəf əyilib qulağına pıçıldadı. -         Bu söhbəti açma işçilərin yanında,  dilivi sox qarnıva...- Operator gözücucu onların pıçıldaşmasına baxmaq istəyirdi ki, nazirin nəzərlərinin ona zilləndiyini hiss etdi, dərhal udqunub, yalandan aidiyyatı olmayan klavişləri döydü. Nazir belini kresloya söykəyib, operatora sərt şəkildə -         İki saatdı əlləşirsən, bir əlaqə qura bilməmisən stansiyayla, bir az çevik ol, mən hələ prezidentin iclasına getməliyəm.. -         Oldu – operator yenidən udqunaraq, qalın şüşəli eynəklərindən  monitorun  məsafə sayğacı hissəsinə kökləndi.   ***                                 ***                                 *** MTT seqmenti  Azərsat-a qoşulmuş ilk modullardan sayılıb,  adından da göründüyü kimi  ekipajın ümumi maddi-texniki təchizatı  şöbədən konveyr və mexaniki üsulla , yəni robot “PATSAK”ın  ortababat çatdırma xidməti sayəsində həyata keçirilirdi. Modulun strukturu elə qurulmuşdu ki, şəbəkə şəklində olan dəmir panellər və filterlər  digər seqmentlərlə müqayisədə daha sərin və təravətli hava bəxş edirdi. Bu seqmentdə olmağı həm də kapitan niyə sevərdi?, ona görə ki, stansiyada yeganə seqment idi ki, süni qravitasiya yaradan sistemlə təchiz olunmuşdu. Ancaq müvəqqəti, bir saatlıq süni ağırlıq qüvvəsinə bir ay ərzində bütün stansiyaya sərf olunan qədər enerji gedirdi. Ona görə kosmonavtlar bir anlıq özlərini Yerdəki kimi hiss etmək üçün,  Dadaşovun yalnız ara-sıra bu şöbəyə gəlib, ürəyinə nəisə pis şeylər danmışdı.  Dadaşovun əsas üstün cəhəti bütün tapşırıqları vaxtlı-vaxtında ən mükəmməl şəkildə yerinə yetirə bilməsi idi, artıq suallar verməzdi, yerli-yerində danışar, nizamnamə çərçivəsindən bir santım belə kənara çıxmazdı. Azerkosmos nizam-intizamı, əmrlərə tərəddüdsüz tabeçiliyi prioritet saydığından,  beynəlxalq ekspedisiyaya məhz onu rəhbər seçmişdilər. Yox əlbəttə ki, söhbət digər xarici ekspedisiya üzvləri ilə müqayisədən getmir, layihənin əsas təşəbbüskarı Azərbaycan tərəfi olduğundan rəhbər də elə mütləq şəkildə azərbaycanlı seçilməli idi. Ona görə də, hələ Bakıda olarkən, 3 nəfərin   44 yaşlı Surxay Cabbar, 31 yaşlı Mustafa Çətin – Azərbaycan vətəndaşlığını qəbul etmiş  Anadolu türkü və özü –kapitan Etibar Dadaşov namizədliyinə baxılan zaman, Kosmik İdarəetmə Mərkəzi  yekdil şəkildə onu bu posta layiq bilmişdi. Normal  ‘rutin’ tapşırıqlar zamanı Dadaşovun yüksək səriştəsi və peşəkarlığı yalnız həsad doğururdu. Mərkəzin ən böyük səhvi Dadaşovu fors-major hallarda sınamaması idi. Kapitan hər zaman ayıq-sayıq olmalıdır, bütün ekipaj və milyardlarla manat dəyərində olan sofistik qurğular və bütövlükdə yüksək strateji əhəmiyətə malik stansiya onun öhdəliyində. Dadaşov isə indidən özünü bu vəzifəyə yad biri kimi hiss etməyə başlayırdı. Sinirləri ona xəyanət etmişdi. İndiki vəziyyətdə elə ilk on gün ərzində ev üçün burnunun ucu göynəyən gənc əsgər tək, Yer planetinə, vətənə, o doğma torpaqlara, sülhün ətrafa yayıldığı, firəvan və sabit həyatın  bir-birini təkrarlayan günlər şəklində davam etdiyi  “dünyaya” qayıtmaq istəyirdi. Amma indi baş verənlərdən sonra ona Yerdə də, doğma vətənində də yer olmayacaqdı, rəzalət, çoxsaylı dindirmələr, rütbənin aşağı salınması - əlbəttə ki ən yaxşı halda, ən pis halda isə işdən kənarlaşdırma, yüksək vədlər verən pensiya proqramından xaric edilməsi, azadlıqdan məhrum olma...Qayıtmaqda bir şey deyildi....kosmonavtını itirmiş Gürcüstan bir tərəfdən,  qonşuları yanında pis duruma düşmüş yerli rəhbərlik bir tərəfdən, bütün yük boynuna qalacaqdı. Smart saatına baxdı, birdə gördü ki, fikirlər vaxtını əməlli başlı alıb. Yarım saat. Qəribə idi ki, nə Yeqordan nə də Amerikalı “gözəlçədən” səs-səmir gəlmirdi. Kristal mənşəli şüşədən olan zərbəyədavamlı sensor paneldə Bakı ilə rabitənin olub-olmadığını yoxlamağa çalışdı. -         Access denied – deyə proqram təminatına yazılmış qadın səsi ingilis dilində, rabitə yaratmağa icazənin olmadığını bildirdi.  Hə... Sənanov dediyinin üstündə durandır. Portalın açılmasına hələ uzun, həyəcan dolu saatlar qalırdı.  Sensor panelə dairəvi şəkildə işıq düşdüyünü gördü, yox bu, led diodların saçdığı bəyazlıq deyildi, əmin olmaq üçün əlini üzərinə tutdu, işıq dərhal kənara saçmağa başladı. İşiğın arxadan kiminsə ona tərəf tutduğu cib fənəri olduğunu anladı. Qəfil döndü...Kim idisə fənəri bu dəfə üzünə hədəfləndiyindən, işıqdan başqa heç nə görə bilmirdi. -         Vəhşi Liverpul, gözəgörünməz Tompson,  bəs Buve adası necə, bu haqda nəisə eşitmisən?  Atlantik okeanın cənubunda yerləşir.  Ona müraciət edən şəxs ona doğma olan azərbaycan dilində səlis danışdığından, düşdüyü şokdan  ağzını açmağa belə dili gəlmədi.   – gözə xəfif görünən dumanla əhatə olunan  bu ada 18-ci əsrdə  Fransalı səyyah kapitan Buve tərəfindən kəşf olunub. Ada həqiqətən də səyyahların maraq dairəsinə çevrilmişdi. Dadaşov özündə güc tapıb ayağa qalxdı və məsafənin qısa olduğunu sanıb sağ yumruğu ilə səs gələn tərəfə  bütün vücudunun ağırlığı ilə həmlə etdi, süni ağırlıq qüvvəsi rejimindən hələ çıxmamışdı, ancaq birdə hiss etdi ki, ayaqları havada yellənir, boğazından qalında dəmir parçası ilə oqədər möhkəm yapışmışdılar ki, çənəsini tərpətməyə belə imkanı yox idi. Ona zillənmiş işıqdan sonra gözləri tədricən, ətrafı seçməyə başlayırdı. Onu boğazından saxlayan  stansiyanın işçi robot Patsakdı. -         AA-44-S-S-P, AA-44-S-S-P ...Dadaşov robotu deaktivləşdirmək üçün yalnız ona məlum olan şifrələri bir təhər xırıldaya-xırıldaya səsləndirsə də, bir faydası olmadı. İşçi robot onun əmrlərini qulaq ardına vurdu...-Patsak, məni yerə burax...yerə burax ....! -         Onu burax Patsak  - deyə bayaqdan onunla azərbaycan dilində danışan müəmmalı səs yenidən qulaqlarını cingildətdi. Robot əmri eşidən kimi  heyət rəhbərini dərhal yerə buraxdı. Dadaşov təngnəfəs olduğundan, yerlə leş tək sərildi, embrion formada uzanıb ağır-ağır tənəffüs alırdı.  Başını qaldıranda gözlərinə inanmadı, yerində dondu.  Kaibov  - həmin o Qazax kosmonavt robotun boynunda ayaqları sallağı  əyləşmişdi,  baş şərait başqa durumda, məsələn parkda, küçənin ortasında belə bir mənzərə sadəcə gülüş doğura bilərdi. Lakin vəziyyət indi  kapitan üçün o qədər qarmaqarışıq idi ki, fikirləri uzlaşdıran məntiqi zəncir haça-paça olmuşduşdu. -         Patsak bundan sonra mənə tabedir... sənə narahat olma, özünə gəl, tənəffüsünü seyrəlt... bax belə... harda qalmışdım Patsak? deyə Kaibov soruşdu -         BU-VE” – deyə robot vahiməli səs tonu ilə hecalandıraraq cavablandırdı. Deməli, onillər sonra, yəni 18-ci əsrdən sonra söhbət gedir, ada izsiz-tozsuz yoxa çıxdı,  Ceymz Kuk kimi dahi səyyah belə onu həmin kordinatlarda aşkarlaya bilmədi, bilirsən də özünü nüfuzdan salmamaq üçün, Buvenin ümumiyyətlə mövcud olmadığını, adını daşıyan səyyahın isə sadəcə aysberq gördüyünü söylədi.  200 il keçməmiş başqa bir səyyah – bu dəfə İngiltərəli balinaovu gəmisinin kapitanı  və daha sonra digər həmkarı kapitan Norris, adanı birinci dəfə imiş kimi yenidən kəşf etdi. Sonuncu ona Liverpul adını verdi.  Sirlər dolu, hərdən qeybə çəkilib, hərdən aşikar olan həmin Buve adası indi də əvvəlki mövqeyindədir. Ada hazırda Norveç torpağıdır və ən əlçatmaz adalardan sayılır. Adaya ən yaxın quru – 1600 km aralıda yerləşir. Adada statistik baxımdan yaşayan olmasa da, onun “nöqtə. BV” sonluqlu internet domeni mövcuddur ki, bu adanın yeganə müəmması deyil. Dadaşov artıq özünə gəlmişdi. Növbəti hücum cəhdinin mənasız olduğunu başa düşüb, bayaq oturduğu, dəmir döşəməyə bərkidilmiş  taburetdə yerini yumşaltdı. -         1964-cü ildə ada yaxınlığında  bir dənizçi gəmisi qəzaya uğrayır. SOS siqnalına gələn xilasedicilər, adanın sahilində dənizçilərin gətirdiyi, “bəd gündə istifadə” üçün özləri ilə gətirdiyi azuqə ehtiyatlarını və dənizçilərə aid əşyaları tapsalar da, bu qədər ekipaj üzvü tam tərkibdə yoxa çıxmışdı. İllər keçdi 1979-cu ildə  süni peyk ada yaxınlığında işıq sıçrayışı qeydə aldı, həmin sıçrayış nüvə sınağı olsa da, heç bir dövlət partlayışa görə məsuliyyəti öz üzərinə götürmədi. -         Kaibov,  sən əməlli başlı zibildəsən, əlivi qana bulamısan, üstəlik hər ikisi səninüçün xarici dövlətin vətəndaşıdır. İndi burda nə boşboğazlıq edirsən -          Buve adası....BUVE.... bunu yadda saxla, bu ad sənə hələ lazım gələcək,  elə Çilov adasını yaddaşında bərkid. – Patsakın boynundan düşüb, əyləşmiş kapitanla  bir səviyyədə olmaq üçün ona tərəf xəfifcə əyildi. -  İndi əsas məsələni səni burdan xilas etməydi.  Patsak,  MTT seqmentindən çıxıb, sağa –sola boylanan Kaibovu dalınca düşdü, Dadaşov yerindən  qalxdı.  Kaibov yenidən seqmentin qapısından boynunu çıxarıb, enerji qənaət elə, qravitasiyanı söndür. Dadaşov özünə söz verdi ki, ilk növbədə  Kaibovun ona doğma olan dildə belə səlis danışmağı hardan bildiyini öyrənsin. Qazax türkçəsi ilə azəri türkçəsinin arasında hər halda, yerlə-göy qədər fərq var idi. Bayaqdan  taburetin oturacağının alt hissəsində uğurla gizləyə bildiyi cib bıçağını  hər ehtimala qarşı kostyumun qolunun biləy hissəsinə keçirdi.



Baxış: 304


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13954)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə