Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 4-cü fəsil

13.02.2015 20:38

IV

BİZİM QALAKTİKADAN KƏNARDA

Günəş şüaları sınmış bucaqlarda üzünü oxşadığından, hələ gözlərini tam aça bilmirdi. Çox qəribə aparırdı özünü günəş, sarımtıl-narıncı işıq təkcə qarşısından  yox, elə bil sağından da hücum çəkirdi.  Gözlərini  bir təhər açıb,  şüadan qorunmaq üçün əlini işığaqarşı "sipərə"çevirdi.  Seymur müəmmalı şəkildə yoxa çıxmış həmin çimərlikdə idi, əgər  dənizin olmadığı yeri artıq çimərlik adlandırmaq olardısa. Açılan ucsuz-bucaqsız səhra, Şimali Afrikanın yaşxı mənadə ən "divanə" guşələrini xatırladırdı.   Huşunu itirib üzərində yatdığı qayaya əli ilə, toxundu. Dəniz qayalarına xas olan nəmlikdən, əsər əlamət yoxdu, quruluşu bir qədər fərqlənirdi. Gözləri  işıqlığa tam alışdıqdan sonra  səmaya ötəri nəzər saldı.  Səma  həmişəkindən fərqli mavi yox, yaşıla  bənzər bir çalara bürünmüşdü. Günəş və ya günəşə bənzəyən bu ulduz nəydisə , "səkkiz fomrasındaydı və çox yaxından ötürürdü şüaları, nərdivan qoyub toxuna biləcək məsafə təxəyyülü yaranırdı. İstisi də insana  tuhaf  bir rahatlıq gətirirdi.  Seymur özünü dərhal toxtadıb,  sahil yaxındakı maşına tərəf qaçdı. 

Qarşısında parıltısı ilə göz işıldadan, maşın  huşunu itirənə qədər gördüyü həmin o ağ VAZ 2106 idi. Qapının dəstəyilə nə qədər uğraşdısa,  dəmir tutqac ona tabe olmadı. Yaxşı ki, bu "anlaya bilmədiyi hal  baş verəndə"  içəridə sevişənlər və ya dalaşan cütlük pəncərələri açıq qoymuşdu.  Eləmə təmbəllik Seymur əvvəl baş-boyun hissəsini, sonra bütöv gövdəsini dürtdü çərçivədən içəri. Ancaq ayaqlarını  pəncərədən sallanmış vəziyyətdə saxladı.  Etdiyi ilk şey maşının ön güzgüsündə özünü baxmaq oldu. Əmin olmaq istəyirdi ki, bütün bu olanların başqasının yox məhz onun başına gəlir. Öz əksini görəndə çöhrəsinin əvvəlki ifadəsindən əsər-əlamət qalmadığını gördü. Üzü çox sərtləşmiş,  sanki illərin uzun dəniz yolculuğundan qayıtmış, mavi dəryanın şaxtası, fırtınası, kəsən küləyinin bütün sınaqlarından keçmişdi. Ən qəribəsi isə üzünə əməlli başlı tük gəlmişdi.  "Qocalmışam" deyə özü öz ürəyində səsləndirdiyi fərziyyədən vahiməyə gəldi.  Sağ oturacağın qırağında maşının açarı gözünə sataşdı.  Bu qədər olanlardan sonra, açara toxunmaq belə ona təhlükəli gəlirdi.  Çevik hərəkətlə açarı əlinə almışdı ki, pəncərədən sallanan ayaqlarına gələn vicvicə bütün bədəninə yayıldı, nəbzinin durduğunu özü də hiss etdi. Kimsə möhkəm əlləri ilə bacardıqca incə şəkildə ayağından tutmuşdu.  Seymur üzünü çevirmədə reflektiv olaraq sağ təpiyi ilə ayağından yapışan varlığa zərbə endirdi. Elə o  dəqiqə ayaqlarını içəri salıb,  güc tətbiq etməsinin sayəsində ondan aralanan varlığın nə olduğunu gözləri ilə görmək üçün çevrildi. Dəhşət filmlərinə azdan çoxdan baxdığından təxəyyülündə istənilən  növ əcinələr, yadplanetlilər  və ya eybəcər yaratıqların görüntülərini bir birini əvəz edirdi.  Bir də gördü ki, təpiyindən yerə yıxılan  orta yaşlı,  qara kostyumlu, qırmızı qalstuklu, saçları italyansayağı, gellə arxaya daranmış bir hündürboy kişi idi.  Bahalı parçadan olan kostyumuna qonmuş qum dənəciklərini təmizləyib, heç bir şey olmayıbmış kimi, gülməsəyərək ayağa qalxdı.  Kifayət qədər nəzakətli tonda :

-         İstəsən maşını işə də sala bilərsən,  Yerdən gələn cisimlər,  xüsusilə metal buranın  mühitinə uyğunlaşa bilmir. Fəqət daxildə, əşyalar öz funskionallığını qoruyub saxlayır.  Bayaq kənardan səni izləyirdim.  Qapısını aça bilmirdin.  Səni əmin edirəm ki, içinə əyləşsən maşından istifadə edə biləcəysən. Bu planetin əsas qəribəliyi elə ondan ibarətdir.

Seymurun maşından düşdüyünü görüncə sağ əlini ona tərəf uzatdı.

-         Russo!

-         Seymur - deyə tanımadığı bu yad insanın əlini sıxdı.

Qara kostyumlu cibindən ağ bağlama çıxarıb, içindəki parça topanı, uzatdı və  yerə sərib əli işarəsi ilə Seymurun əyləşməyini xahiş etdi.    Bu qəribə mühitdə  gözünü açandan bəri, qulağına bir əlavə səs , külək vıyıltısı, qum xışıltısı dəymirdi.  Sonuncu dəfə belə sükunəti nə vaxt  yaşadığını xatırlamırdı. Belə  səsizlikdə  fonunda öz nəfəsini və nəbzini aydın şəkildə eşitməsi, onu bir qədər qıcıqlandırırdı.  Kim bilir bəlkə elə bu yad təbiətin susqunluğuna görə , indicə qəribə şəraitdə tanışdığı və hələ həyat tarixçəsini, bu planet sakini olub-olmamasını dəqiqləşdirmədiyi  cənab Russonun danışığında qeyri adi intonasiyalar eşidirdi. Sağına və soluna ötəri göz gəzdirib,  əyləşdi.

-         Mən heç bir şey başa düşmürəm.... Hardayıq? Dəniz niyə yoxa çıxıb,günəşin yerinə başımızın üstünü alan bu körpüyə bənzər bulud nədir?

Kostyumlu əlini pencəyin sağ cibinə atıb, oradan  rezin formasında qolbağa bənzərə qara rəngli nəyisə çıxardı. Hə...elektron saat idi.  Aydın görsün deyə Seymura yaxınlaşdırdı.

-         Hamsının cavabı  bax bundadır.  Beş ilə yaxındır ki, bu kainatın  tərk olunmuş məkanına düşmüşəm.  Saat normal işləyir, ancaq inanırsan inan, inanmırsan inanma, bu beş il ərzində  saatının cəmi bir saniyəsi dəyişib. İtkin düşəndə saat 15.21 34  idisə,  bu yaxınlarda  saniyəni göstərən qiymət 34 dən 35ə keçib. Planetin adını bilmirəm, yerli "aborigenlər" o qədər də ünsiyətcil deyillər, ancaq onu bilirəm ki, bizim Yerlə müqayisədə burada zaman ildırım tezliyi ilə keçir.  Yəni elementar məntiqlə götürsək  50 il sonra burada qocalıb hər necəsə doğma Yer planetimizə qayıda bilsək belə,  ordakı itməkliyimizdən cəmi 10 saniyə keçmiş olacaq. Ətrafdakılar bizim  bir neçə saniyə ərzində qocaldığımızı görüb, tam  çaşqınlığa düşəcək.

-         Siz indi deyirsiz ki, biz başqa planetə düşmüşük...Axı necə ? Siz hardansız? Necə oldu bura düşdüz?

Russo  dərin köks ötürüb sağ əli ilə gözünə düşən teli arxaya doğru hamarladı. Yerini rahatladıb, özünü bir qədər qabağı verdi.

-         Mən Fransızam, Fransalı  daşınmaz əmlak agentiyəm.

Seymur eşitdiklərinə inana bilmədi.

-         Siz Fransızsızsa mənim dilimdə necə olur belə səlis danışırsız?

-         O sənə elə gəlir ki, sənin dilində danışıram... Bu planetdə hamı eyni dildə danışır fikir dilində, əlbəttə bu telepatik ünsiyyətdən fərqli bir danışıqdır. Hər ikimizin  nitq orqanları işləyir və dünyada olduğu kimi havaya samitlər-saitlər "süzülür". Sadəcə  bu planetdə beyin necə çalışırsa hamı  eyni cür danışır. Sənə elə gəlir öz dilində danışırsa - hardansan özün ? (Seymur Azərbaycanın adını çəkdi)  aha , sən elə sanırsan ki, Azərbaycan dilində danışırıq indi səniynən, Ancaq səni əmin edirəm ki, tam yanılırsan,  istəsən bu dəqiqə sübut edərəm sənə.

Russo gözlənilmədən ayağa qalxıb baxışları ilə nəyisə axtardı.

-         Budur başının üstünü alan və hər tərəfdən  bu obaları işıqlandıran o səkkizə bənzər cisimi götürək...Bəli düz bilmisən o bu qalaktikanın qəribə günəşlərindən biridir. Əlbəttə ki bizim günəşdən funksionallıq, quruluş, fiziki xassələrinə görə fərqlənir. Ancaq demək istədiyim odur ki, sən özündən asılı olmayaraq  artıq  həmin cismin adını bilirsən

Həqiqətən də qeyri-iradi şəkildə dilindən indiyənə kimi eşitmədiyi bir sözün çıxdığına özü də valeh oldu.

- Qalifa!

- Bəli Qalifa, dediyim kimi, burada hamıyla dil tapa bilərsən.

Seymur tük basmış boğazını qaşıyıb, fikrə daldı:

-         Hamı deyəndə kimi nəzərdə tutursuz?

-         Yerli planet sakinlərini, bizdən elə bədən, ümumi quruluş baxımından elə də fərqlənmirlər,  yəni bizim kimi iki ayaq, iki əlləri, ürək və başları var, sadəcə bəzi daxili orqanizmləri, qan dövranları bir qədər fərqlidir və ən əsası, dermotoloji özəliyi var bu canlıların, dərilərinin konkret rəngi yoxdur.

Seymur yenə təəcüblə  soruşdu:

-         Necə yəni dərilərinin rəngi yoxdu,  gözə görünməzdilər?

-         Əksinə,  onları mənz öz dilimdə "spekt" adlandırırar, yəni dərilərində başdan ayağa daimi şəkildə göy qurşağının bütün rəng çalarlarına bir-birini dəyişməsi gedir, bir saniyənin içində,çöhrələri-əndamları sarı, göy və bənövşəyi  görünüş alır.  Odur qamışdan olan külafirəngi tərəfə  bax,  o  bu sahənin bir növ baxıcısıdır,  fikrin bizim yerdəki baxıcılara getməsin, mühafizəkar və ya komendant zad deyil. Öz cinsinin alimidir. Məqsəd səni, məni  və Yerdən müəmmalı şəkildə bu planetə gəlmiş digər canlı və cansızları məsələn elə qamışdan olan bu komaları, maşını və digər əşyaları onların  sivilizasiyasından təcrid etmək və gəlmə mənbəyini araşdırmaqdır. Bəli düz eşitdin, onlarda planeti yüksək sivilizasiya idarəedir, məqsədləri bizi yerli əhalidən gizlətmək həm də bizim tərəfdən onların bu ierarxiyasız quruluşuna təsir edə biləcək ünsirləri əngəlləməkdir. Yəni "ilanın quyruğunu basdalamaq" misalı kimi...dayan görüm yoxsa düz demədim "ilanın quyruğunu basdalamamaq" misalı....eh..nəisə özün başa düşdün. Bir sözlə, Yerin leksikonu ilə desək burda "həmişəlik karantindəyik", tibb bacıları bizə yaxşı baxır, vaxtlı vaxtında yeməyimizi verir, bizimlə çox nəzakətlə davranır, ancaq bizimlə  qoruyucu kostum geyinmədən ünsiyyət qurmur və bizi istədiyimiz vaxt çölə buraxmır. Yəni bunları bir metafora kimi deyirəm, yəqin özün başa düşdün. Yeri gəlmişkən burada yemək yeməy deyilən bir anlayış yoxdur.

 Seymurun daha sual verməyinə bir lüzum qalmadı,   nə ac idi nə də susuz,  orqanizmində sanki indiyənə kimi həzm sistemi olmamışdı.

-         Özün yəqin artıq başa düşdün, burada olanlar Qalifanın şüaları ilə qidalanır...Bizdə indi o qidalı şüaları uduruq, biz diyəndə ki, bütün vücudumuz, məsələnin pis  tərəfi ondan ibarətdir ki, həzm sistemimiz çalışmasa, o funksionallığını itirə bilər.  Yenə Yerə hər necəsə qayıtmağın öhdəsindən gəlsək,  maksimum bir həftə sağ qala bilərik. Yeganə alternativ qidalandırıcı maddələrin müntəzəm olaraq sistem şəklində bədənə yeridilməsidir.

Birdən yer lərzəyə gəldi. Russo çevik  Seymurun qolundan tutub, onu ayağa qalxmağa köməy etdi. "Tez min maşına, tez ol, tez ol". Seymur artıq bir kəlma soruşmadan  uzun illər ərzində etibar etdiyi dostu kimi Russonun göstərişinə tərəddüdsüz şəkildə tabe olub,  açıq qalmış jiqulinin qapısından içəri  atıldı, onun ardınca Russo tələsik  elə həmin qapıdan  maşına minib özü sükan arxasında əyləşdi və qapını bağladı. Yeraltı təkanın səthdə olan hər şeyi silkələməsi yeddinci sinifdə oxuyarkən Şamaxıda üzləşdiyi ilk zəlzələ "təcrübəsini"  ona xatırlatdı. Fəqət bir qəriblik vardı, bu planetin yeraltı təkanında,  ətrafdan olanların,  qamış komaların, külafirənginin, Yerdən hər necəsə teleport olunmuş balıqçı evi  yarpaq kimi dalğalansa da, hazırda içində daldalandıqları avtomobil tam sükutda idi. "Sıfır altının" çevrəsində olan hər şey  bu planetar prosesin təsiri altındaydı, Seymur qanmaz deyildi, əlavə izahata da lüzum görmürdü. Bu planet,  Russo da bir az əvvəl söylədiyi kimi  metal-dəmirlə ilişki qura bilmirdi.  Ac oldun, qurbağa ye, mədən həzm etsin, iblis ye mədən həzm etsin, kaktus ye yenə həzm etsin, ancaq bir dəmir fraqmenti udsan, necə bədənə idxal etdinsə, zərrə qədər dəyişikliyə uğramadan  olduğu kimi ifraz edəcəksən. Bu planet üçün həmin vəziyyət keçərli idi, ağıllı insan bundan öz məqsədləri üçün yararlana da bilər, ziyanını da çəkə bilərdi. Seymura bircə baş verən təlatümün mənbəyi  qaranlıq qalırdı.

-         Ayıq-sayıq ol, indi hər şeyi öz gözlərinlə görəcəksən

-         Nəyi? -deyə Seymur təəcüblə soruşdu.

-         Tss... işarə barmağını dodaqalarına sıxdı..- budur başlayır, qayalıq tərəfə bax.

Həqiqətən də, bir göz qırpımından qayanın dibindən açılan gözqamaşdıran bəyazlıq,əksinə hərəkət edən şəlalə kimi göyün yeddinci qatına qədər uzandı. Bir-iki sayılacaq tezlikdə gəldiyi kimi də yoxa çıxdı. Qayanın yarıya qədəri əcaib şəkildə yoxa çıxmışdı. Elə bil kimsə qayada sirkulla dəqiq halqa çəkib, içini qara rəngə boyamışdı. 

-         Gördün, qayanı planetin səthindən sildi. İndi o qayanın yerində ucsuz-bucaqsız bir sonsuzluq əmələ gəlib...- qapını yenidən açıb,- düşə bilərsən təhlükə sovuşdu.

-         Mənim olduğum ölkədə belə bir atalar sözü var,  "Yel qayadan nə aparar!?"  İndi bu  planetdə bu məsələin tam əksini gördüm?- deyə maşından enib Russodan  məsələyə aydınlıq gətirməsini istədi.

-         Heç bekar şeydi...fikir vermə

-         Necə yəni fikir vermə? Gördüyüm bu dəhşət nəydi belə?

-         Sənin, mənim bu planetə gəlişimin yan təsirləri, fəsadları.

­­­­


Azərsat Kosmik Stansiyası barədə faktlar :

Ümumu uzunluğu:  130 metr

Günəş panellərinin  uzunluğu:  80 metr

Çəkisi: 750 ton

Modul/seqment sayı: 35

Daxili süni qravitasiya: yalnız bir seqmentdə mövcuddur.

Əsas təyinatı: TAM MƏXFİ

Stansiyaya daimi ziyarət sayı: məxfi

Eksperimentlər: 1)bioloji və biotexnoloji 2) Yer və kosmosla bağlı elmi araşdırmalara  3)insan tədqiqatları  4) kosmosda fizika elmi sınaqlar 5) yeni texnologiyaların yaradılması 6) çəkisizlik şəraitində kimyəvi sınaqlar 7) gen mühəndisliyi və onun kənar effektləri  8) TAM MƏXFİ

  • Stansiya 75 kompyuterlə və MƏRKƏZ-in superbilgisayarı ilə idarəolunur.

  • Günəş panelləri sayəsində stansiya 90 kilovata qədər enerji yığır.

  • Stansiyada elektrik şəbəkəyə qoşulmuş naqillərin uzunluğu10 kmd-dən çoxdur.





Baxış: 319


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13952)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə