Qorxulu Əhvalatlar

Ədəbiyyat


 

 

◊ Qırmızı Damla - 1-2-ci fəsil

13.02.2015 20:42

I

ENİQMATİK SİQNALLAR

B.R.R.

 "...Onlar uzaq kosmosun naməlum bucaqlarından gəlir- 6-11 milyard işıq ili uzaqlıqdan. Üstəlik onların peyda olması ilə yoxa çıxması bir olur.Saniyənin mindəbiri tezlikdə. Onlar hər zaman, təqribən gündə 10 min dəfə baş  verir.Onlar ani radio sıçrayışlara səbəb olur, habelə özündən sonra heç bir işıq, heç bir rentqen şüasi və ya digər  görünə bilən iz buraxmır. Heç kim onların mahiyyətini bilmir. (21-ci əsrə) kimi  onların mövcudluğundan belə heç kəsin xəbəri olmayıb."

Corey S. Powell ,  1 iyul 2013-cü il


I I

SEYMURUN İTMƏKLİYİ

Velosipedinin pedalı tez-tez yerə düşüb onu özündən çıxarırdı. Hər on metrdən bir, dayanıb yerə düşən dəmiri paslanmış pedalı yenidən  bərkidici, qapağı sınmış  çərçivəyə salmağa çalışırdı. Sağı divar, solu divar,  ensiz, kələ-kötür yolla insansız qalmış yerlərdən üzü aşağı  sürürdü .  Çimərlikdə son çimənlərin sonuncu çimməyindən dörd ay ötərdi,  digər tərəfdən qeyri-bağ mövsümü,  ətrafda olan nə vardısa - əlbəttə ki, qarovulçu və keşikçi qoyun itlərindən başqa, -  hər şeyi  məzarlıq sükunətinə qərq etmişdi.  Ara sıra- yanından tikinti gedən bağ həyətlərinə qum daşıyan yük maşınların yanından ötür, yan güzgüdən onsuzda darısqal olan yolun küncünə söykənən Seymura qəribə şəkildə baxırdı. Seymur axırı bezib güc elədi, bir təhər velosipedi başı aşağı yerə söykəyib yerdən tapdığı iri qəmbər daş parçası var gücü onu bezdirən pedalı çərçivəyə otuzdurdu. Budur əvvəl bir - sonra iki, 3-dən birbaşa dördə keçirdi. Hərəkət etdikcə üfüqdə canlanmağa başlayan mavi-ağ çalarlara sevindi, budur nəyahət ki, dənizə - sahilə çıxacaqdı. Əsgərlikdən gələndən sonra 3 il olardı ki, dənizin həsrətini çəkirdi. Son 3 ili Hacıqabulda yol tikintisində ağır şəraitdə işləməklə keçirmişdi. Səhərdən axşama kimi, yayda qızmar günəş, payızda şüşə kimi kəsən külək, qışda donduran qar-boran,  yazda qalxıb-düşən qan təzyiqi şəraitində - ağır əmək şərtlərində  çörək pulu qazanırdı.  İstədiyini Allah yetirmişdi. Solda tərəfdə müştərisiz qalmış marketin boşbekar satıcısı, ( stulu çöldə, qapının ağzına qoyub ətrafa göz gəzdirirdi) belə sürət yığan Seymura biganə baxış altında gözləri ilə dəmiryoluna kimi müşayiət etdi. Küləyin tədricən sərtləşdiyini hiss etdi, sanki qış ayında adi ev paltarında isti otaqdan çıxıb soyuq zirzəmiyə düşmüşdü.  Velosipedinin təkəri küləyin üst-üstə yığdığı şirə quma batdığından,  sürəti aşağı salıb, velosipedin zəncirini qısaltmalı oldu.  Çimərlikdə   tufan-boranın təsiri altında cırıq-cırıq olmuş qamış komalardan başqa bir şey gözə dəymirdi. Birdəki qərbdə təxminən 150-200 metr aralıda balıqçıların qaldığı daxma tərəfdə nəisə hərəkət olduğunu görürdü, böyük ehtimalla  tor atmaq üçün katerlərini hazırlayırdılar. Çoban itinin hürməsi ilə, bir tövr təkərləri yenidən işə saldı və mil qayaya doğru istiqamət götürdü,  dalğa qayalara çırpılıb, suyu hər tərəfə sıçratdığından,   adi tilovla balığ tutanlara rast gəlmədi, bircə  stadion tərəfdə gözü bir  ağ jiquliyə sataşdı. İçəridə əyləşən cütlüyün dəniz kənarına dalaşmağa və ya başqa məqsədlərlə gəldiyini bilmədi. Üzlərindəki qeyri-bənzəyişdən bacı-qardaş olmadıqları aydın olurdu. Əslinə qalanda isə bunlar heç marağında da deyildi Seymurun, onun əsas istəyi qayaya dırmanıb ö gözəl Xəzərin havasını udmaq idi.

Velosipedi qəribə şəkildə ilişdi. Yox, bu dəfə nə torpağa batmışdı, nə dəki, pedalı yerindən çıxmışdı. Sadəcə təkərlər tərpənmək istəmirdi. Əmin idi ki, baş verən mexaniki problem deyildi, nə isə başqa bir şey idi. Çünki pedalı ümumiyyətlə bir millimetr belə geriyə-qabağı verə bilmirdi. Tam kilidlənmişdi. Sanki bu pedalın təyinatı zavoddan çıxandan, hərəkət verici, deyil statik bir  detal idi. Rəngi ağarmış Seymur heç fərqinə varmırdı ki, qumsal təpələri dağıdan, suyu fışqırdan sərt xəzri küləyinin səsi birdən birə nədən  kəsildi. Durmadan hürən itdən də səs-səmir çıxmırdı. Başını qaldırmışdı ki, gözlərinə inana bilmədi. Sözün əsl mənasında bütün ətraf mühit hərəkətsiz vəziyyətə gəlmişdi, yuxuda belə bunun kimi qorxulu bir mənzərə görməmişdi, həyacandan damarları gizildəyir, sümükləri sancırdı.Özünü bir çimərlik fotoşəklinin içində sandı. Havaya səpələnən qum dənələri belə donub qalmışdı. Özündən asılı olmayaraq tez-tez nəfəs almağa başladı, işin nə yerdə olduğunu bir şeydən anlamaq olardı sevişən və ya dalaşan cütlüyün olduğu jiquliyə nəzər saldı.  Bu dəfə ürəyi boğazına gəlmədi, belə demək olarsa tam bədənnən çıxdı.  Jiqulinin içindəkilər sadəcə qeyb olmuşdu.  Yerə az qala betonlanmış velosipeddən aşağı düşüb, qayalığa tərəf götürüldü, daha bir qəribə hal, velosiped yerə düşmədi əvvəlki vəziyyətində qaldı. Hər beş-altı addımından bir özündən asılı olmayaraq təşviş içində yerə yıxılır, çabalaya-çabalaya yenidən ayağa qalxırdı, üstünə bir qum dənəsi belə yapışmırdı, növbəti paradoksal vəziyyət . Bir təhər qayaya qalxıb, cavabları dənizdə tapmağa çalışdı. Bu dəfə görüdüyünə dözə  bilmədi və huşunu itirdi. Dəniz yerində yox idi, qarşısında açılan quraq bir çöl idi, nəhəng ucsuz-bucaqsız çöl.




Baxış: 416


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15180)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14664)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13945)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4413)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə