Neyratron lahiyəsi

Nəsr


 

 

◊ Aqoniya-bədənin son müqaviməti - SON FƏSİL

22.05.2010 11:43

 
X FƏSİL
MƏSCİD
 
3 həftə sonra
Əzizbəyov rayonu, XXX kəndinin məscidi
 
Metropol mehmanxanasında yerləşmiş Rəsul, günün ikinci yarısını şəhəri gəzməylə keçirməyi qərara aldı...Azərbaycanda heç vaxt olmasa da, bu dövlət barədə azdan-çoxdan məlumatı var idi. Milliyətcə də buranın əhalisinə yaxın olduğunu bilirdi. Milli bulvarı gəzəndən sonra Laxmacuna girib aclığını aradan qaldırdı...Gəzintisi zamanı insanlarla ünsiyyət qursa belə onun fikirləri yalnız sabah ki günü ehtiva edirdi...Elə bil sabah onun həyatının əsas imtahanı baş tutacaqdı. Atası Bayhan Servetin ölümündən əvvəl bunu sadəcə bir əhd xatirinə olan səyahət kimi baxırdı...Lakin atasının cibindən çıxan bloknot, onu gecələr yatmağa qoymurdu...Orada atasının ölən xəstələr üzərində apardığı müşahidələr, o hansısa poliklinikadakı işçilərin adları və telefon nömrələri, və yalnız 2008-ci il tarixli qeydlər yer alırdı...Qol həqiqətən də atasının idi...Lakin bu qədər şeyi atası bir ayın içində necə edə bilərdi...Axı o ikili həyat sürmürdü...Bunu bacısının həyat yoldaşı, atası ilə yeddi ilə yaxın eyni şirkətdə çalışmış Orxan da təsdiq edə bilərdi. Bununla belə, Rəsul buna heç bir məntiqi açıqlama tapa bilmirdi...Sadəcə olaraq ona tapşırılan məsələnin vacibliyini dərk edirdi...
Sabahı gün mehmanxanadan elə vaxtda çıxdı ki, günorta namazının vaxtına düşsün...Belə ki, Rəsul məscidin imamı ilə danışmalı idi. Nədənsə taksiyə minmədi, ona avtobusla getmək maraqlı idi...Bəlkə də bu vərdiş idi...Nyu-Yorkda o nadir hallarda taksi tutardı ki, sonradan bu əməlinə peşman olub uzun müddət taksiyə minməzdi.
Məscidin kəndin şosesindən  bir qədər aralı olması, Rəsulu şır-ha-şır yağışda, qalan yolu piyada getməyə vadar etdi. Onun gözündə bu məscidi başqa gördüyü məscidlərdən fərqləndirən cəhət, bir qədər yığcam formada olması və gümbəzinin yaşıl deyil, göy rəngdə olması idi. Məscidə girməmişdən əvvəl məscidin çölündə üstüörtülü xüsusi məkanda dəstamazını aldı. İçəri Salam-aleykum deyə girdi...Artıq camaat namazı qılınmışdı...Yalnız ətrafda beş-altı nəfərin ayrı-ayrı vaxtlarda namaz qıldığını görürdü...Məscidin ən yuxarı başında isə yaşı altmışı keçmiş, qozbel bir axund sallağı oturub dodaqaltı Quran oxuyurdu...arxası Rəsula olduğundan onun simasını görə bilmədi...Rəsul ilk öncə günortanın fərz namazını qılmağa qərara aldı...Namazını qurtardıqdan sonra yenidən imama tərəf baxdı...o hələ də Quranı oxuyurdu. Rəsul belə şəraitdə axunda müraciət etməyin yersiz olduğunu başa düşürdü...Ona görə əyləşib axundun qurtarmağını gözlədi. Nəhayət bir neçə dəqiqədən sonra, imam ovuclarını qabağı verib başını yuxarı qaldırdı və son duasını etməyə başladı. Artıq camaat dağılmışdı. İmam son duadan sonra Müqəddəs Kitabı bağladı. Rəsul fürsətdən istifadə edərək imam Asifə yaxınlaşdı. İmamın yaşının çox olmasına ramən olduqca nurani sifəti var. Hətta sifətindəki saysız, alnı boyunca sərasər yayılmış çopurlar və qırışlar belə onun ümumi aurasına xələl qatmırdı...Rəsul salam verib, imamla söhbətə başladı
-                     Mənim adım Rəsuldur...Türkiyədən dünən gəlmişəm...Bilmirəm necə deyim...bir ölənin vəsiyyətiylə burdayam.
-                     Xoş gəlmisən oğlum...
-                     Bilirəm bu axmaqlıq kimi görünə bilər...Axı bu lap çoxdan olub...amma bundan başqa məsələyə aydınlıq gətirmək üçün vasitə yoxdur...Siz yəqin ki, Pikə xanımı tanıyırdız...Cəmil kişinin həyat yoldaşı. Təxminən iyirmi il bundan əvvəl rəhmətə gedib- Rəsul sualını bitirdikdən sonra həyəcanla imamın sifətinə baxdı...O, imamın əks cavab  və ya çarpaz-sual verəcəyini gözləyirdi...İmam bir qədər fikrə daldı...sağ əli ilə uzun saqqalını aşağıya doğru sığalladı...Elə bil nə cavab verəcəyini bilmirdi də...Lakin onun iç dünyasındakı dəyişikliklər onun simasından açıq aşkar sezilirdi...Onun qaşları tez-tez yuxarı qalxır,ağzı bir qədər büzülürdü...Nəhayət uzun fasilədən sonra axund...
-                     Mən bilirdim ki, ölməmişdən əvvəl bunu gözlərimə görəcəyəm...Səni iyirmi ildir ki, gözləyirəm...Gəl dalımca.-deyə qalxdı və məscidin çıxışına doğru irəlilədi. Birlikdə məscidin binasından çıxdılar, həyətə düşdülər...dəstamaz alınan yerin arxasında, yerə düşən pilləkanlar var idi...Yəqin ki məscidin zirzəmisi idi...Axund cibindən portativ fanar çıxararaq yandırdı, və aşağı düşdü...Rəsul da arxasıycan...
-                     Bəs siz mənim kim olduğumu, Pikə xanıma nə aidiyyatım olduğunu soruşmuyacaqsız?
-                     Sənin kim olduğun artıq məlumdur. Mənim bu sualı verməyə, rəhmətliyin tapşırığı ilə ixtiyarım yoxdur. Mənə dedi ki, ondan başqa əmanətin harada olduğunu yalnız bir adam bilə bilər. Həmən adam qərib adam olacaq...Və onu da tapşırdı ki, sorğu-sual aparma, elə ki, mənim adımı çəkdi, əmanətin yerini ona göstər.- Rəsul az qala bayılacaqdı...hadisələrin belə gedişini o heç ağlına belə gətirə bilməzdi. Allahanı şükür edib bir təhər müvazinətini qorudu...
-                     Siz bilirsiniz əmanət nədən ibarətdir.
-                     Əstafullah. Mən əmanətə xəyanət edə bilmərəm. Əslinə qalsa mən ümumiyyətlə onu öhdəmə götürməməli idim. Ancaq neyləyim, yaxın adam idi, yox deməyə dilim gəlmədi...Neçə dəfə olub ki, özümü güc-bəla ilə saxlaya bilmişəm, nəfsim mənə kisələrin içində nə olduğuna baxmağa çağırırdı...Allaha şükür bir təhər nəfsimi öldürə bildim...Budur çatdıq, icazə verin, lazımı açarı tapım.
Zirzəminin qaranlıq otaqlarından biri idi...Qapını açanda içəridən dəhşət nəmişlik iyi gəlirdi...Otağın  ortasında ala qaranlıqda bir təhər lampanı tapdı...onu burub işığı yandırdı. Gözlərinin qaranlıqdan sonra belə gur işığa alışması üçün bir qədər gözləməli oldu...Nəyisə yadın salırdı...Birdən yadına düşübmüş kimi, divarın küncünə tərəf yaxınlaşdı, yerdəki cümə namazı zamanı məscidin həyətində yerə sərilən xalçaları bir qədər aralı itələdi. Aşağıya daha bir qapı var idi...Qapının çəftəsini özünə tərəf dartdı...Xeyr bu zirzəmi deyildi...Sadəcə yarım metr hündürlüyündə olan, nəisə gizlətmək üçün kiçik bir sahə idi...Rəsul yaxınlaşdı...İçəri otağın işığı aydın düşdüyündən, əl fanarına ehtiyac olmadı...Orada iki ağzı dolu un kisəsi var idi...Kisələrdən birini açanda Rəsulun gözlədiyi kimi içi qızıl sikkələrlə dolu idi. İmam Asif mömin insan kimi içindəki şeytana qalib gəlsə də, gözlərinə inana bilmirdi. Axı bu qədər qızıl Pikə xanıma hardan...Rəsul isə içində dəyişikliklər getdiyini hiss etdi...Beyninə qəribə fikirlər xəyallar gəldi...Guya o bu pulla ABŞ-da özünün ömrü boyu arzuladığı şəxsi baytarlıq xəstəxanasını tikdirir...Özünə Fici adalarında bunqalo tutur...Evlənir...Bəlkə qızıldan bir ikisini özümə gətirim...Yox...Axı niyə bu yəqin ki mənə halaldı...Yox...Yox...Yox...Rəsul bir qədər özünə gəlib dərindən nəfəs aldı...
-                     Bunlar hamsı məscidə çatacaq...Mən artıq mənə tapşırılan işi gördüm.
-                     Məscidə?
-                     Hər halda belə istəyiblər, “həmən şey məsciddə qalsın”
-                     Bəs onda bunun dalınca gəlməyin mənası nə idi
-                     Yəqin ki, naməlum olan qüvvə sizin bu qızıllara heç vaxt toxunmayacağınızı bilirdi...Ona görə də məni göndəriblər...Xeyriyyə məqsədilə pulun hara xərclənəcəyini məscid yaxşı bilər
-                     Axı kim...?
-                     Bunun izahı mənim iradəmə sığmaz..Bir Allah bilir...Əlvida


Baxış: 100


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9387)
Bahar Turkel
baharturkel.kitabxana.net (8919)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8588)
Münasibət
nuraz.kitabxana.net (6299)
yazaraz
yazaraz.kitabxana.net (4947)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani