Neyratron lahiyəsi

Проза


 

 

◊ 10 il zirzəmidə - PROLOQ

22.05.2010 11:48

Proloq
Xronoloji ardıcıllıq:
2011- Isveçrəli alim Henri Makramın “Blue Brain” adlı layihəsi iflasa uğrayır. Təkcə bir insan beyninin kompyuterdə simulyasıyası üçün 16 min prossesor belə kifayət etmədiyindən, layihənin maaliyələşdirilməsinə xitam verilir.
2015- Heyvanların klonlaşdırılmasını və nəsli kəsilmiş bitki növlərinin gen mühəndisliyini Birləşmiş Millətlər Təşkilatı və WWF fondu dəstəkləyir və üzv dövlətləri qanunvericiliklərində müvafiq dəyişikliklər aparmağa çağırır.
2017- NASA və Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əlbirliyi ilə məxfi idarənin depozitində saxlanılan saç telindən alınmış genlə Eynşteynin iyirmidən artıq klonu yaradılır. Klonların hamısı 2019-ilin aprel ayında naməlum səbəblərdən həlak olur. Sonralar müəyyən olunur ki, Albert Eynşteyn – orjinal Eynşteyn-  iki yaşında ağır iltihab keçirib. Gendə həmin məlumat qaldığından heç bir klon həmin keçid dövrünü adlaya bilməyib.
2018 – Gizli əməliyyat haqqında xəbərin BiBiSi kanalında yayımlanması dünyada ajataj doğurur. Bir neçə gündən sonra, BMT-nin Baş Assambleyasının növbədən kənar iclası çağrılır. Hitler, Stalin kimi təhlükəli tarixi şəxslərin klonlaşdırılmasını əngəlləmək üçün üzv dövlətlər yekdilliklə insan klonlaşdırılmasının qadağan olunması haqqında qətnaməni qəbul edirlər.
2022- Venera planetində daimi enerji mənbəyi aşkar edilir.
2023 – Planetdə dəhşətli dərəcədə yüksək təzyiqin olmasını nəzərə alaraq müvafiq texnoloqiyaların və köçürmə infrastrukturun hazırlanması üzrə dünya ölkələri ümumilikdə 150 milyard dollar pul ayırırlar. Fonda nəzarət etmək üçün tam yeni institut yaratmaq əvəzinə NASA-nın baş hərfini dəyişməklə GASA (nationalın əvəzinə global) –nı təsis edirlər. Mərkəzi qərargah əvvəlki kimi ABŞ-da qalır.
2027- Yeni aşkar edilmiş enerji resursu “triumfat” əsasında ilk daimi hərəkət mühərriki yaradılır
2035- İnsanları on-iyirmi il cavanlaşdıran gövdə hüceyrələrinin tətbiqatına beynəlxalq qadağa qoyulur.
2037- Dünya Alyansının əsası qoyulur.Bu alyansa Çindən başqa bütün dövlətlər qoşulur
2039- Dünya Alyansı ənəvi metodlarla və müxtəlif metal növlərindən  hazırlanan robotların istehsalına qadağa qoyur. Proqram təminatlarında pozuntu yaranan zaman insan həyatına təhlükə olmasın deyə robotların hazırlanması zamanı yalnız silikon, protosanqra, novaskin tipli materiallardan istifadəyə icazə verilir (ümumi skletə alternativ kimi)
2040- Beynəlxalq Statistika qeyri-adi faktları üzə çıxarır və telekomunla elan edir ki, Marsda yaşayan insanlar, Yer planetində və uzaq Olerobda yaşayan insanlara nisbətən 4 dəfə gec qocalır. Bu Marsa olan immiqrasiyanı sürətləndirir, 2050-ə kimi dünya əhalisinin 1/9-i Marsa köç edir
2042- Parçadan hazırlanan geyimlərin geyilməsi və tikilməsi qadağan edilir. Şəhər həyatına hələ də tam uyğunlaşmamış kəndlilər, yeni novaskin geyimlərə alışa bilmir, nəticədə tez-tez cərimələrlə üzləşməli olur, evlərində müntəzəm olaraq axtarışlar həyata keçirilir.
2043-Köhnə tipli gecə geyimləri (parçadan) hazırlayan qanunsuz istehsalçılara qarşı VENOM adlı agentlik yaradılır.
2044-VENOM bir il ərzində fəaliyyəti ilə özünü doğrultduğundan, Dünya Alyansı VENOM təşkilatına istənilən növ cinayət və xətalarla mübarizə səlahiyyəti verir.  İNTERPOL və Beynəlxalq məhkəmə ləğv edilir.
2079- Marsa ağac və bitki toxumlarının göndərişinə xitam verdiyinə görə Mars höküməti Yer Planetinə müharibə elən edir və Olerob planetiylə ittifaqa  girir...  


Просмотров: 106


Что бы иметь возможность оставлять комментарии вы должны пройти авторизацию.
Если вы еще не зарегистрированы на сайта, то вы легко можете это сделать тут.
Логин
Пароль
Забыли пароль?     Регистрация



Меню

  ◊   Главное
  ◊   Про нас
  ◊   Линкы
  ◊   Блоги
  ◊   Рекламы
  ◊   Форум
  ◊   Контакты
  ◊   Карта

Больше читаемые блоги


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8644)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8405)
Münasibət
nuraz.kitabxana.net (6198)
yazaraz
yazaraz.kitabxana.net (4880)


Статьи / книги



Автор: Гид

Автор: Stən Barstou

Автор: İskəndər Etibar

Автор: Могаммед Амани