Neyratron lahiyəsi

Nəsr


 

 

◊ 10 il zirzəmidə - I FƏSİL

22.05.2010 11:50

 
Azərbaycan, paytaxt Masallı şəhəri, 2085-ci il
 I
Şöbənin gur işıqları onsuzda yorğun, əldən düşmüş yeniyetməyə pis təsir edirdi. Başı gicəllənir , tez-tez ürəyi bulanırdı. Masa arxasında əyləşsə də, fasiləli şəkildə, titrəmə tuturdu uşağı. Bütün vücudu elektroşok verilən debillər tək güclü vibrasiya verirdi. Qırmızı mundirdə olan kapitan,  MİNİSOLAR adlandırılan, ovuc ölçüsündə olmasına rəğmən otağı kifayət qədər işıqlandırıb, isidən mikro portativ günəşciklərin uşağa pis təsir etdiyini hiss edib işarə barmağını sensor panelin üstündə gəzdirdi və  günəşcikdə gedən termal prosesləri 30 dəfə azaltdı. Uşaq artıq gözləri qamaşmasa da, son dərəcə çaşqınlıq içində idi. Sanki ayını qış yuxusundan oyatmışdılar. Eynəkli kürən kapitanın ətrafına göz gəzdirirdi ki, otağa novaskin tipli şəffaf kostyum geymiş, əlində sini olan katibənin daxil olduğunu gördü. Katibə naz-qəmzəylə rəisinin masasına yaxınlaşıb sininin üzərində olan fincanı kapitanın qabağına qoydu. Maraqlı idi ki, uşağa qəhvə gətirmək yaddan çıxmışdı. Kapitan uşağın qəribə şəkildə baxdığını görüb, “Mən bilirəm, sən qəhvə içmirsən”-deyə acı kinayə ilə dilləndi. Yeniyetmə,... görünür susuzluğu olmadığından kapitanın belə alçaq hərəkətinə göz yumdu. Qıcıqlanmadı belə.
Katibənin əynində olan şəffaf novaskin adından da göründüyü kimi, adamı lüt-anadan gəlmə şəkildə əks etdirirdi.
Qoyulmuş məhdudiyyətlərə görə, hətta alt-paltara da icazə vermirdilər. Şəhvətin qarşısını almaq üçün isə, səhər yeməyindən sonra və ya işdən öncə,  istehlak miqdarına görə artıq siqareti üstələmiş “yaşıl həb” atılırdı. Şəhvət lazım olduqda isə satışına görə ondan geri qalmayan, “qırmızı həb” qəbul edirdilər. İş vaxtı “qırmızı həb” atanı və ya ümumiyyətlə dərman qəbul etməyəni işdən qovalayır, ən pis halda isə bir neçə aylıq şərti cəzayla Venera planetinə teleportasiya edirdilər, plantasiyalarda robotlara nəzarətçi qismində. Bütün bu məhdudiyyətlərlə bərabər, belə ciddi qanunda da boşluq var idi. Belə ki, iş vaxtı qurtarmamış şəhvət oyadan qırmızı həbi udmaq geniş yayılmışdı bosların, rəislərin, menecerlərin arasında. Amma orası da var idi ki, müdir iş vaxtı qırmızı həbi atan zaman sadəcə pornoqrafik jurnala baxan seyrciyə bənzəyirdi. Belə ki, bütün əndamları görünən gözəl ofis asistentlər, qırmızı həbi iş vaxtı atmağdan çəkinirdilər. Belə ki, bu əmək kodeksinin pozulması zamanı qadınların boynuna daha böyük məsuliyyət düşürdü. Bir sözlə qırmızı və yaşıl həblər gündəlik qida məhsullarına çevrilmişdi. Azərbaycanda qloballaşmanın əleyhinə çıxmışlar, Aran ərazisində nəhəng qapalı şəhər yaratmışdılar. Onlar nə biyabırçı novaskin geyinir, nə də ki, şəhvəti işə salan və ya öldürən həblərdən istifadə edirdilər.
Fərid, -  həmin solğun yeniyetmə -, kapitanın, uzaqlaşan katibəsinin arxasınca diqqətlə baxdığını gördü. Katibə otaqdan çıxan kimi kapitanın canlanmış gözləri yenidən zavallı Fəridə qayıtdı. Fincanı qaldırıb iki qurtum aldı içəri.
-         Hmm...sənin yəqin ki, hələ qırmızı həb qəbul edən vaxtın deyil
-         Qırmızı həb...mən ümumiyyətlə başa düşmürəm,...nədir “qırmızı həb”?
-         Bəsdi görüm,...bunu sən bilmədin kim biləcək axı.Sənin yaşında olanda, bilirsən nə oyunnardan çıxırdım...bilərəkdən pasport məsələmi yubadırdım ki, bu lənətə gəlmiş tabletkaların uçotuna düşməyim,...hardasa bir beş il belə şelləndim...Amma şelləndim deyəndə ki, çox vaxt elə ancaq baxmaqla kifayətlənirdim, axı günün günorta vaxtı yaşıl həb atmamış hansı qadın xaylağına rast gəlmək olar...Sadəcə baxırdım...Ha-ha-ha. Görürəm, səndə axı deyəsən, mənim kimi simulyatorsan,... görürdüm katibəmin sinəsinə necə baxdığını.
-         Siz nə danışırsız - deyə Fərid bərk qızardı. Nəzərləri yenidən kapitanın başının üstündə, divardan asılmış nəhəng yazıya qayıtdı. Divarda nəhəng qırmızı şriftlərlə VENOM deyə yazılmışdı.
Kapitan eynəyini çıxardıb, şüşələrini masanın üstündə saxladığı xüsusi pampıqla silməyə başladı. Eynəksiz, kapitan, tam fərqli görünürdü. Silgi işini bitirib, eynəyi yenidən gözlərinə qaytaran kapitan birdən ciddi sifət alaraq, masanın yeşiklərindən birindən şəhvət detektorunu çıxardı. Düyməsini basıb, narıncı rəng paneli başının ətrafına dolandırdı. Heç bir siqnal çıxmadı. Fərid kapitanın belə gözlənilməz hərəkətinə donub qalmışdı. Əslinə qalanda, otaqda olan hər şey, eşitdiyi hər söz, gördüyü hər obyekt Fərid üçün yeni idi. Dəhşətli dərəcədə çaşqınlıq içində idi. Qırmızı həb...VENOM, lüt bədənə rəisinə qulluq edən katibələr,...son 10 ildə Fərid inkişafdan çox geridə qaldığını hiss etdi. Yəni on ilə bu qədər şey dəyişə bilərdi. Fikirlərini yenidən kapitanda cəmlədi.
-         Elə bilirsən, səninlə zarafatlaşırdım...yoxsa elə bilirdin vaxtından əvvəl qırmızı həbi atmışam,...yox sadəcə səni psixoloji analiz etmək məqsədilə qurdum bu şouyu...əslinə qalanda mən sənin kimi murdarlardan iyrənirəm...Sənin tək iyrənc yaratığları, psixo-analiz etmək nədir, sizin heç bir hərəkətinizə düz əməlli açıqlama verməy olmur...Əlimdə imkan olsaydı...bütün qanunlara tüpürüb, səni parça-parça edərdim.
Fərid hönkürə-hönkürə ağlamağa başladı. Bununla belə yaşla dolu mavi okeana bənzəyən gözləri hələ də kapitanı güdürdü. Kapitan isə yeniyətmənin göz yaşlarını və çığırtısını görüb diksindi. Sanki uşağın ağlayacağını heç bir vəchlə gözləmirdi. Əvvəl ağzı bir qədər aralı şəkildə,  uşağa diqqətlə seyr etdi. Səs tonunu 180 dərəcə dəyişib, olduqca sakit səslə...
-         İndi danış...Sən bu yaramazların əlinə necə düşmüsən...Əvvəldən danış
Fərid ağzını açmaq istəyirdi ki, kapitan onu qabaqlayıb, “Axı bu mümkün olan şey deyil” deyə dodaqaltı donquldandı. Elə bil özüylə danışırdı. Fərid başladı...
-         İlləri, günləri saymağ imkanım olmurdu...axı bütün günü işlədirdilər...Təxminən 10 il bundan əvvəl  başladı hər şey...Qışın sonuncu qarlı gecəsində...


Baxış: 120


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8641)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8403)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani