Neyratron lahiyəsi

Nəsr


 

 

◊ 10 il zirzəmidə - II FƏSİL

29.05.2010 14:33

 
II
-         Tofiq, o maymağ gəlməmiş, gəl tez qar yığıb, qar adamı düzəldək...Sonra gəlib imkan verməyəcək, əclaf...Evdən kök gətirə bilərsən- deyə yeddi yaşlı Fərid məhlə uşağı Tofiqi kök dalınca göndərdi.
  Yaşadığı binanın önü həmişəki kimi qaranlıq idi. Çovğun-qarlı havada işıqların olmaması, lap Rəşid Şerifin karikaturasında qar-adamının dediklərini xatırladırdı. “Nə işıq var, nə qaz...Romantika”.
Ətrafa göz gəzdirən Fərid, havanın tədricən soyuduğunu hiss etdi. Açıq-aşkar hiss olunurdu ki, şaxta artır. Çəhrayı paltosunun altında üç qat isti geyim və bir qat da alt geyimi olmasına rəğmən, vicvicə artıq sümüklərinə doğru istiqamət alırdı. Qarın qalınlığı yarım metri keçdiyindən qəsəbədəki, binalar arası maşın yolları demək olar ki yoxa çıxmışdı. Atasının maşını da çöldə qar yorğanına qurşanmışdı. Maşına vaxtında antifriz tökmək yadından çıxdığından, avtomobili işə sala bilmədi. Ona görə də düz üç gün idi ki, maşın çölün ortasında nəhəng qar təpəsi şəklində dururdu.
 Yığdığı yeni qar topasını diyirləyə-diyirləyə böyüdürdü. Bir neçə dəqiqəlik diyirləmə dövrəsi vurub topanın artıq televizor böyüklüyündə olduğuna çox sevindi. Nəhayət, gövdə hissə hazır olduğundan bir qədər nəfəs almağı lazım bilib oturdu  topanın üstünə. Gözünə poçt binası tərəfdən işıq düşdü. O qədər də gur olmayan işıq, yaxınlıqlardakı binalardan birinə gələn qonaq və ya mənzil sakinin avtomobili olmalı idi. Elə də oldu. Maşın heç əlli metr hərəkət etməmiş sağdakı döngədən yoxa çıxdı. Yenidən ətraf zülmətə qərq oldu. Amma buna mütləq qaranlıq demək olmazdı. Sanki qar və az-maz görünən səma cisimləri, ətrafdakı materiyanı olduğu kimi görməyə imkan verirdi. Birdəki, Fərid ən azı iki saat idi ki, çöldə qar-topu oynayırdı. Gözləri lazımı qədər öyrəşmişdi qaranlığa. Arxasından heç bir səs və ya hərəkət hiss etməsə belə, ürəyindən keçdi ki, fırlanıb bir arxaya göz gəzdirsin. Qonşu dörd mərtəbə binanın qarşısında yalnız bir neçə evin pəncərəsindən zəif və dəyişkən tezlikli işıq gəlirdi. Külək yaşıl örtüklü bağçaların ətrafındakı salafan bağlamaları arxasınca harasa aparırdı.  Başqa heç bir hərəkət, heç bir canlı gözə dəymirdi. Ancaq nəisə Fəridi, ətrafa daha diqqətli nəzər salmağa səsləyirdi. Təsadüfən yığdığı topanın sol tərəfindən keçəndə iyirmi metrə qədər uzanan insan ləpirləri gördü. Əgər Tofiqin və ya özünün geydiyi ayaqqabı 44-45 ölçülü olsaydı, Fərid bu qədər təşfişə düşməzdi. Halbuki, qar üstündə olan naməlum ləpirlər, böyük adama məxsus (kişi) ayaq izləri idi.  Uşaq olsa belə, əmin idi ki, yaxın iki saat ərzində buralarda heç bir “böyük” dolaşmayıb. Ləpirlər lap təp-təzə idi. Şaxtalı havaya zidd, bədənindən isti qorxu keçdi. Ləpirlərin sonuncusu qar adamının yaxınlığından bitirdi. Əlbəttə ki, uşaq olduğundan Fəriddə belə bir sual yaranmadı ki, axı bu ləpir birdən birə necə bitə bilərdi. Ləpirin sahibi gərək havaya uçsun, ya da ki, nəyinsə üzərinə dırmaşsın ki, yeni iz qoymasın. Əgər yeddi deyil ən azı on beş yaşı olsaydı, intellektin inkişaf mərhələsinə görə, belə məqamları onu yerindəcə şoka salardı. Bununla belə yaxınlıqda kiminsə olduğunu altıncı duyğu vasitəsilə hiss edirdi. Ləpir haqda fikirlərdən Fəridi, uzaqdan eşitdiyi haray, daha doğrusu öz adının haraylanması ayırdı.
-         Fərid,...ay Fərid!-deyə padyezdin qarşısına çıxmış və əyninə belə soyuq havada heç bir isti geyim almadığından büzüşərək, əllərini ovuşduran bir orta yaşlı xanım – anası İlahə, gözüylə sonsuz ağ fonda oğlunu axtardı.
-         Nədi mama?
-         Nə sırtığ şeysən eh,...adə nə qədər qarnan oynamağ olar, gəl çıx evə də balam, saatdan xəbərin var?!
-         Eh, mama,...qaradamını düzəldim gəlirəm
Birdən anası həyəcanlı şəkildə
-         Fərid, arxanda duran dayı kimdir elə
Bircə kəlmə kifayət etdi ki, yeddi yaşlı Fəridin miniatur ürəyi ağzına gəlsin. Tez-bazar fırlanmaqdan çəkindiyinə görə, üzünü tədricən çevirməyə başladı. Qara paltoda və çeçenka papaqda olan dayı, nəsillərində insest halları adi olan Misir şəhzadələrinə bənzəyirdi. Sifəti olduqca uzunsov idi. Sağ gözünün çəp olması Fəridi daha çox qorxutmuşdu. Dayının yaşı uzağı qırx-əlli olardı. Buna rəğmən üzündə saqqal kələ-kötür şəkildə çıxmışdı. Bir  sözlə qırx-yaşlı çəpgöz kosa. Gecə vaxtı belə birisiylə qarşılaşmaq heç də məsləhət deyil. Kişi uşağın- onun heybətli sifətində qorxduğunu görüb, gülər üz aldı. Arxasında gizlətdiyi kökü Fəridə uzadıb,
-         Tofiq mənə tapşırdı ki, sənə gətirəm. O,...gələsi olmadı. Mən Tofiqin dayısıyam.
Fərid, Tanrıya şükür etdi ki, monoloq istədiyi və gözlədiyi şəkildə qulağa dəydi. Ürəyi çox sakitləşmişdi. Gülümsəyərək, kökü əlindən aldı. Birdən anası yadına düşübmüş kimi,
-         Hə, mama...Tofiqin dayısıdı, qaradamıyçın kök gətirib- deyə üzünü çevirib podyezdə tərəf baxanda sözləri boş havaya dediyinin şahidi oldu. Anası yerində yox idi. Bu dəfə buzlu qorxu keçdi damarlarından. Eşidiləcək  şəkildə udqunub dayıya tərəf fırlanırdı ki, kişinin əliylə nəm dəsmalı ağız-burnuna sıxdığını hiss etdi. Bir neçə saniyəlik çabalasa da, artıq nəfəsi çatışmadığından məcbur olub dəsmalda olan mayeni iynədi. Əzələləri get-gedə boşaldı. Fərid dərin yuxuya gedərək, çəpgözün üstünə yıxıldı.


Baxış: 97


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8644)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8404)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani