Neyratron lahiyəsi

Проза


 

 

◊ 10 il zirzəmidə - IV Fəsil

29.05.2010 14:38

 
IV
Sözün həqiqi mənasında ağsaqqal kişi, bir kasa şorbanı yerdə uzanmış uşağın yanına sanki itə yemək verirmiş kimi qoyub:
-         Gəl tez ol tıx...-deyə çığırır.
Gündə yalnız bir dəfə yemək verilirdi yeddi yaşlı qaçırılmış Fəridə, bir porsiya mərci şorbası və bir porsiya gülkələm-kartof qızartması. Fasiləsiz işləməkdən qüvvəsi tükənmiş, əldən-düşmüş zavallı uşaq yeməyi sözün əsl mənasında “gözünə soxurdu”. Hələ çıxmamış bığ yeri və çənəsi yağ içində olurdu. Köynəyi də nadir hallarda yuyulduğundan, sap-sarı idi.
  Mavi suyun əvvələr nə olduğunu başa düşə bilmirdi. Soruşmağa da imkanı yox idi axı. İtə Fəriddən yaxşı münasibət bəsləyirdilər. Heç bir sualına cavab ala bilmirdi. Sonralar biləcəkdi ki, həmin mavi içki, xüsusi kimyəvi maddələrdən və yeni meyvə növünün miksturasından ərsəyə gəlmiş sok idi. Ev sahibləri onu “soda” deyə dilə gətirdilər.
İlk dəfə bu zəif işıqlandırılmış zirzəmidə göz açanda, gördüklərinin dəhşətli yuxu olduğunu zənn etmişdi. Əlini nə qədər çimdikləsə də, oyanmırdı ki, oyanmırdı. Vəziyyətin gərgin olduğunu görüb hönkürməyə başlayırdı. Bir piləkanların üstündə yerləşən, zirzəmiyə yeganə giriş vasitəsi olan dəmir qapıya miniatür yumruqlarını çırparaq, burnu axa-axa, anasını çağırırdı. Heç bir faydası yox idi. Onu sakitləşdirən yalnız təxminən iyirmi metr uzanan zirzəminin o biri başından gələn haray oldu. Qız uşağının səsi idi.
-         Qapını çox bərk döymə, yoxsa gəlib bizi döyərlər.
Fərid göz yaşını silib, səs gələn tərəfə baxdıqda, müxtəlif növ parça qalaqlarının üstündə sinəsi üstə uzanmış, çənəsinə ovuclarına dirəmiş təxmini həmyaşıdı, bir suyuşirin qızcığazı gördü.
Fərid qızın belə soyuqanlılığına valeh olub, daha da dərin qorxuya düşdü, göz yaşları yenidən gözlərindən yanaqlarına axdı. Yenidən qapını çırpmağa başladı. Qışqırıq və ritmli qapı çırpıntısı xaotik bir səs fonu yaradırdı. Nəhayət qapının arxasından, uzaqdan səslər gəldi. Yaşlı bir kişinin küfrləri və deyinməsi eşidilirdi.
-         Şeytanın övladları, qoymazdar namazımızı qılaq,...indi gəlib səni yaxşıca kötəkləyərəm onda bilərsən Kərəm kişini namazdan ayırmaq nə deməkdir.
Qapı hələ də açılmasa belə, artıq kişinin dedikləri Fəridi bərk qorxutmuşdu. Qapının çırpmağını dayandırıb, pilləkanlardan aşağı düşdü. Deyinən və pis-pis söyüşlər söyən kişinin səsi tədricən yaxınlaşırdı. Birdən qapı arxasından başqa bir səs də gəldi.
-         Ay kişi, günaha batarsan, yazığların nə günahı var axı,...a kişi, səni o qıldığın namaza and verirəm, onlara dəymə...qıldığın namaz qəbul olmaz.
Fərid başa düşə bilmirdi ki, əgər dindar ailənin evindədirsə, onu niyə qaçırıb, əziyyət verirlər. Tam paradoksal bir hal idi. Fərid pilləkanlardan aşağı düşməsəydi, zirzəmiyə açılan dəmir qapı, iti sürətlə üstünə çırpılıb, ən yaxşı halda ağız-başını yaracaqdı. Qapını çırparaq içəri daxil olan yaşlı baba- , başında açıq rəngli araqçın, ağ saqqallı, göz kisəcikləri tünd qara, qara şalvarlı, ağ köynəkli, qara jiletli- yuvasına düşmən girmiş canavar kimi hiddətli gözləri ilə onu narahat edəni axtarırdı. Pilləkanların aşağısında lal-dinməz və ağzı yarı-açıq durmuş Fəridi görcək, hədəfi seçibmiş kimi, zavallı uşağın üstünə şığıdı. Fərid inanırdı ki, ən uzaq halda qulaq burması görəcək.  Ona görə də, səhvini boynuna alanlar kimi başını aşağı salıb cəzasını gözlədi. Fərid yamanca yanılmışdı. Aldığı ilk şillə-yumruqdan iki metr arxaya uçaraq, yerə sərildi. Fərid o qədər çaşqınlığa düşdü ki, aldığı zərbənin ağrısını duymağa macal tapmadı belə. Vəziyyətin heç də ümidverici olmadığını görüb, ev yiyəsinin qaydalarına tabe olmaq məcburiyyətində qaldı. Ağlamağı bir tövr saxlayıb, özünü ələ almağa çalışdı. Yenə də gözləmədiyi halda, hiddəti soyumamış qocanın amansız təpiklərini yeməli oldu. Kişi uşağı elə vəhşicəsinə taptalayırdı ki, sanki gözünün qabağında arvadına sataşmış biri düşmüşdü əlinə. Bu son damla, oldu. Yeddi yaşlı zərif fizioloji quruluşa malik Fərid, artıq ağrıya dözə bilməyib, zarıltı ilə ağlamağa başladı. Gözü yaşlı, ağzından nazik tellə qatı tüpürcək sallanan, alnından qan açılan  uşaq, təpiklərini durdurmuş, ancaq gözləri hələ də hirsdən soyumamış heybətli sifətə baxıb.
-         Ay mama, hardasan...gəl qurtar məni bu heyvanın əlindən...Mama, ay mama, qurban olum...ordasansa çıx, söz verirəm dayı, özümü əvvəlki kimi aparmayacam, söyüşləri də tərgidərəm görərsən...ay mama.
Dəmir qapıdan daxil olan qadını görüncə anasının nəhayət ki, özünü yetirdiyinə inandı. Pilləkanlardan aşağı düşdükdən sonra isə, anası olmadığını gördü. Daha möhkəmdən ağlamağa başladı. Başı bağlı, dolu bir qadın ərinin yanına çatan kimi pişik tək cırmaqları ilə kişinin üstünə cumdu. Kişi bir təhər arvadın caynaqlarından azad olub, arvadı da yerə sərdi.
-         Ay arvad,  sənə min dəfə demişəm ki, mənim işimə qarışma...Sənin yənin belə donuzlara yazığın gəlir
Arvadı yenidən qalxsa da bu dəfə kişinin üstünə cummadı. Əvəzində beton döşəməyə sərilib, gözlərini ovuşduran və zırıldayan Fəridə yaxınlaşıb, uşağı səmimi qəlbdən qucaqladı. Fəridi bu bir qədər sakitləşdirdiyindən, o da öz yerində ana nəvazişinə ehtiyac duyduğundan, onun müdafiəsinə qalxmış sahibəni anaya surroqat sayıb, möhkəm sarıldı boynuna.
-         Xala, bəlkə sən bilirsən anam hardadı?
Kərəm kişinin həyat yoldaşı Səidə xanım, uşağın dediklərini eşitcək, üzünü ərinə tərəf çevirərək
-         A kişi, bu nə danışır, ...bunun anası da var?
-         Bilmirəm nə sarsağlayır...bu dəfə bizə lap donuzun donuzu qismət olub. Hmm ananı çağırana bax mənimçin...sənin kimilərin anası olmur, murdar...-deyə yerə tüpürərək pilləkənlərdən yuxarı qalxdı. Səidə xala isə qucağına sarılmış Fəridi, yellədə yellədə, başını sığallıya-sığallıya, sakitləşənədək yanında qaldı. Fəridi gözləyirdi ki, belə çətin vəziyyətdə ona əl uzatmış xanım, yaralarına da baxıb, ərinin əlindən daha da hiddətlənək. Ancaq bu baş vermədi.
Bütün hadisələrin gedişi zamanı zirzəminin o biri başında, nəhəng parça qalağının üstündə uzanmış balaca qızcığaz qımıldamadı belə. Hansı pozada uzanmışdısa elə həmin pozada da qalmaqda idi. Uşağın artıq sakitləşdiyini və gözlərini yumduğunu görən Səidə xala, uşağı qucağına alıb, qızcığazına yanındakı digər topanın üzərində uzandırdı və qızcığaza “Az, uşağa yaxşı bax, sən artıq qaydalarmızı bilirsən...ona da başa salarsan”-deyə əri kimi zirzəmini tərk edərək arxadan dəmir qapını çəftələdi.


Просмотров: 96


Что бы иметь возможность оставлять комментарии вы должны пройти авторизацию.
Если вы еще не зарегистрированы на сайта, то вы легко можете это сделать тут.
Логин
Пароль
Забыли пароль?     Регистрация



Меню

  ◊   Главное
  ◊   Про нас
  ◊   Линкы
  ◊   Блоги
  ◊   Рекламы
  ◊   Форум
  ◊   Контакты
  ◊   Карта

Больше читаемые блоги


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8644)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8404)
Münasibət
nuraz.kitabxana.net (6198)
yazaraz
yazaraz.kitabxana.net (4880)


Статьи / книги



Автор: Гид

Автор: Stən Barstou

Автор: İskəndər Etibar

Автор: Могаммед Амани