Neyratron lahiyəsi

Nəsr


 

 

◊ 10 il zirzəmidə - V FƏSİL

30.05.2010 13:06

 
V
 
Yemək Fəridin qüvvəsini bərpa etdi. Titrəmə aradan qalxmışdı. Radioloji filterdən keçirilmiş çayını içməkdə idi. Çay da eynilə hər gün içdiyi çaydan dadıyla heç də fərqlənmirdi. Fərid uzun müddət zirzəmidə qaldığından elə hesab edirdi ki, zirzəmidən “yuxarıda” yaşayan camaat da, bu dörd qida növünü həmişəlik, gündəlik ratsiona daxil edib. Zabit elə hey gülümsəyirdi. Fəridin sıppıltıyla fincandakı son qurtumu içəri aldığına əmin olub, yenidən ağız açdı.
-         Mənə bir şey maraqlıdır... sən eşidəcəyindən heç də həyəcanlanma, amma sözlərimi yalan da sayma...mənə maraqlıdır ki, on il ərzində sən necə olub ac-susuz sağ qala bilmisən
Fərid kapitanın çox diqqətsiz olduğuna heyfsləndi. Görünür belə “boss”-ların işi gücü ancaq dediyi kimi həblərin qəbulu qaydalarında xətalara yol verməkdən ibarətdir. Yəni Fəridin bu qədər danışdıqları sağ qulağından girib sol qulağından çıxmışdı?! Üz-gözünü büzüb, melanxolik səs tonuyla,
-         Mən Sizə dedim axı, məni qul...daha doğrusu əsir kimi saxlasalarda, gündə bir kərəm versələrdə, hər gün yedizdirirdilər,...bol porsiyalarla. Elə lap indiki kimi
Kapitan yenidən özünəməxsus şəkildə gülümsədi. Bu yeniyetmə Fəridin sinirlərinə oynamağa başlayırdı.
-         Orasını başa düşdüm...Mən sənin zirzəmidə qaldığın, dediyin “təxmini on il”-i nəzərdə tutmuram. Növbəti on ili və ya yenə də dediyin kimi “təxmini on ili” – ikinci on ili nəzərdə tuturam.
Fərid bir qədər çaşdığından, götür-qoy etmək məqsədilə azacıq fasilə etdi. Bir an sonra yəqin etdi ki, zabit yenə də diqqətsizliyi ucbatından səhvə yol verib. Ağzını açmaq istəyirdi ki, zabit yeniyetməni qabaqlayıb
-         Demək istəyirsən ki, yanılmışam, yəni sənin rəvayətini diqqətlə izləmədiyimdən rəqəmdə səhvə yol vermişəm...amma səni əmin edirəm ki, elə deyil
-         Onda heç nə başa düşmürəm
-         İndi başa düşərsən...bizim VENOM qaçaqmalçıları, köhnə dəm-dəsgah istehsalçılarını daima izləyir. Halbuki tam dəlil və sübut olmasa, heç bir vətəndaşı narahat edə bilmərik. Bunun məcəlləyə görə məsuliyyəti çox ağırdır. Nəisə qanunvericiliklə başını ağratmayım, sən hələ çox cavansan. Demək istədiyim odur ki, “səni qaçırdıqlarını” zənn etdiyin Həmdilər ailəsi, - daha doğrusu Kərəm Həmdi çoxdan bəri bizim casuslar tərəfindən təqib olunurdu. Kərəm Həmdi uzun illər, müntəzəm olaraq qohumlarını görmək adıyla qapalı şəhərə ziyarət edirdi. Halbuki qayıtdıqda heç zaman əlində bağlama, və ya qadağan olunmuş parçaların gizlədilə biləcəyi hər hansı bir vasitə olmurdu. Ona görə də evinə basqın edə bilmirdik.
-         Bəs necə oldu ki...
-         Səbrin olsun, indi eşidəcək eşitmək istəmədiklərini...əslində on il idi ki, Həmdilər ailəsi VENOM-un qara dəftərindən çıxmışdı. Mən özüm bu şöbəyə beş il olar gəlməyimə baxmayaraq, bu şöbənin Həmdilərin təqibinə uzun müddət öncə xitam verdiyini bilirdim. Ona görə ki,...-yenidən gülümsədi
-         Nəyə görə...?
-         Ona görə ki, Həmdilər ailəsi təxminən on il bundan qabaq, yəni iki min yetmiş altıncı ildə Marsa köç etmişdilər. Sən indi elə bilirsən ki, biz səni zirzəmidən xilas edəndə, Həmdiləri tutub basmışıq içəri...Yox balası, elə deyil. Onlar on ildir ki, səni saxladıqları evdə yaşamırlar...Artıq Həmdilər Marsa köç edəndən sonra onların boynuna düşən bütün şübhələr aradan qalxmışdı. Sahibsiz qalan (sənədlərə əsasən dörd sot torpağı olan üç mərtəbəli həyət evi hələ də Kərəm Həmdinin adınadır) evə baxış keçirməyə ehtiyac duyulmadı belə...-həyəcanlanmış Fəridin çaşqınlığı daha da dərinləşdiyindən kapitanın sözünü kəsərək etirazını acıqlı şəkildə ifadə etməyə çalışdı.
-          Mümkün olan şey deyil...mən Kərəm kişini axırıncı dəfə srağa gün görmüşəm...
-         Dedim axı həyəcanlanma...səbrin olsun...əvvəl axır bu məsələyə qarşılıqlı şəkildə məntiqli bir açıqlama taparıq. Hə...deyirdim ki, evi yoxlayası olmadıq. Bəs belə bir sual ortaya çıxır. VENOM niyə on il sonra evdə axtarış aparmaq qərarına gəldi.
Hər şey elə srağagün qərara alındı.  Bir neçə ay əvvəl, yaxınlıqda  yaşayan uşaqlar, gizlən qaç oynayan zaman, alçaq hasardan həyətə daxil olmuş, evin içində gizlənmək istəmişlər. Evdə gizlənən zaman döşəmənin altından qəribə boğuq səslərin, möhkəm çəkic zərbəsinə bənzər səslər və insan səsləri,...qorxudan evdən raket kimi uçan uşaqlar, evdə olanları ruh bilib valideynlərinə xəbər eləmişlər. Valideynlərdən biri isə Namiq, bizim şöbənin etika və nizam-intizam  sahəsi üzrə koordinatorudur. O da məzəli əhvalat kimi, həmin evdə ruhların gəzdiyindən danışdı . Hamı danışdıqlarına ötəri bir şey kimi baxıb, ünvanın kimə məxsus olmasıyla maraqlanmadı belə. Daha sonra belə “ruh” görənlərin sayı getdikcə artdı. Ünvanın Həmdilər məxsus olduğunu bilib, dərhal qəti qərar qəbul etdik ki, evdə axtarış aparaq. Evin gizli zirzəmisini aşkar edib içəri daxil olduq. İçəri daxil olanda isə gözlərimiz kəlləmizə çıxdı. Ala-qaranlıq zirzəmidə tonlarla qadağan olunmuş parçadan hazırlanmış geyimləri səliqəylə nəhəng Afin sütunları şəklində yığılmışdı. Gözlərimiz kəllədən də yuxarı, təpəyə o vaxtı çıxdı ki, geyimlərin (əsasən gecə geyimlərinin ) son bir ayda tikildiyini müəyyən etdik. Axı bu necə ola bilərdi. On il bundan əvvəlki köç dəqiq qeydə alınıb və Marsla müharibədən əvvəl aldığımız son məlumatlarda, Həmdilərin qırmızı planetdə firavan həyat yaşadıqları göstərilib. İndi suala cavab ancaq səndədir...Həmdilərdən başqa evdə kimsə qala bilərdi?
Fərid suala-sualla cavab verdi
-         Məni harda tapdız?
-         Sən zirzəminin digər başında hələ istifadə olunmamış parça topasının üstündə yatmışdı. Nə qədər oyatsaq da oyanmadın. Elə mən də fikirləşəndə dəli oluram ki, yəni on il uzunluğunda yuxuya getmək olar. Məntiq sahibi olduğumdan və mövhumatları əlimdə olan arqumentlərlə təkzib edən biri olduğundan bunun ağılasığmaz olduğunu bilirəm- kapitan yeniyətməylə oynayırmış kimi yenidən bic-bic gülümsədi-deməli evdə başqa bir gizli adam da olmalı idi ki, istehsalatı davam etdirsin. Sən indi yadına sal ki, axırıncı dəfə evdə kimi görmüsən, əgər doğrudan da Həmdiləri srağagün görmüsənsə, olanları ətraflı şəkildə danış.
Uşağın təşvişə düşməməsi üçün kapitan ürəyində saxladığı əsas sualı vermədi ki,  “Axı necə olub iyirmi il ərzində böyüməmisən”cavabı özünə su kimi aydın olsa belə.


Baxış: 98


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8642)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8403)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani