| 05.06.2010 09:16 |
|
VI
Əgər yuxuları marqinal üstünlük baxımından bir-biriylə müqayisə etsək aydın olar ki, ən şirin yuxu, ən arzu olunan yuxu, həyatımızın ən ekstremal, ən qorxulu, ən gərgin günündə gördüyümüz yuxudur. Məktəbdə, işdə və s. yerlərdə, boş boşuna demirlər ki, “...axşam olsaydı, yatardım”. Bu yanaşmanı Fəridə də aid etmək olardı. Yuxu bir neçə saat öncə baş verən dəhşətli anları, uzaq xatirələrə çevirmişdi. Vaxt deyil, yuxu ən güclü təbibdir..
Bir neçə saat əvvəl olanlar sanki kölgə idi. Sanki Fəridin deyil, başqasının başına gəlmişdi. Ən gözlənilməz gedişlər əvvəl onun ruhi tarazlığını pozmuşdusa da, sonradan yeddi yaşlı uşaq, möhkəmlənib, döyülməyin (əvvəllər hesab etdiyi kimi) o qədər də qorxulu bir şey olmadığını hiss etdi. Döyülmək Palanikin Fayt Klub əsərinin qəhramanı Teylor kimi ona da qismən ləzət etmişdi. Adrenalinin hələ nə olduğunu bilməsə də, onun kəskin şəkildə çoxalmasını və məzəli ağrı şəkli almasını ilk dəfə idi ki, təcrübədən keçirirdi.
Soyuqqanlı qızcığaz isə artıq iş başında idi. Portativ paltar-tikən maşının qabağında oturub, müxtəlif parçaları bir-birinə tikməylə məşğul idi. Dəzgah kifayət qədər böyük olsa belə, ölçüsünə layiq səs çıxarmırdı. Yalnız arabir boğuq vıyıltı səsləri gəlirdi ki, tezliyin arabir dəyişdiyini göstərirdi. Ortadan tağ ayrılmış və hər iki tərəfə paralel şəkildə çənəsinə kimi uzanmış qara telli, son dərəcədə ağ dərili qızcığaz, ət parçası kimi hərəkətsiz şəkildə uzanmış Fəridin artıq yuxudan uyandığını görüb, yerindən qaldxı. Maşını durdurub, Fəridə tərəf addımladı. Dəzgahın uğultusu kəsildiyindən, ətrafda şəfaverici bir sakitlik yarandı. Belə sükunət Fəridi çox rahatlaşdırırdı. Qız yenə dəmir parçası tək əyilməz sifət quruluşu ilə Fəridə baxdı. Fərid gülümsədi. Ona çox qəribə gəldi ki, qız öz yerində ona cavab təbəssümü qaytarmadı. Axı bu vaxta qədər həmişə belə idi.
- Sənə əsas şeyi başa salım...Burda “ana-ata” sözünü dilinə gətirmə...Biz onlara borcluyuq, onları bizi yedirir, içizdirir, geyindirirlər,...biz onlara borcluyuq...Onlar elə bilirlər ki, bizim ata-anamız yoxdur. Mən bunun belə olmadığını bilsəm də,onların yanımda özümü kimsəsiz bir uşaq kimi aparıram.- bir qədər mövzudan uzaqlaşaraq- Sənin anan sənə yeməyə nə bişirirdi,
- Yeməyə? Nə bilim...cürbəcür şeylər... Amma ən əsası...-Fərid sözünü tamamlayacaqdı ki, qız nəisə gizlədirmiş kimi kinayə ilə
- Mərci şorbası...
- Mərci şorbası...İşə bax eh! Sən hardan bildi?
- Bilirəm...anaların çox mərci şorbası bişirir, o cümlədən mənim anam.
- Sən bura necə düşmüsən, səni çoxdan qaçırıblar?
- Yox məni qara bazardan alıblar,...onların ağzından eşitdiyimə görə belə bazara “qul bazarı” deyirlər. Mən anam haqqımda çox az şey bilirəm. Bircə onu dəqiq bilirəm ki, məni dünyada hamıdan çox sevirdi. Mənə bax- zərif boynundakı zeytun budaqlarından hazırlanmış boyunbağı göstərərək bax bu mənə anamnan qalıb.
- Burdan bir təhər qaçmaq olar? Necə çıxmaq olar bu zirzəmidən.
- Nəyinə lazımdır qaçmaq. Axmaqlama. Bundan yaxşı sahib hardan tapacaqsan , gör necə yaxşı yedizdirirlər, geyizdirirlər. Özünü yaxşı aparsan hələ üstəlik birinci zirzəmiyə də arabir qaldıracaqlar səni
- Birinci zirzəmi?
- Bu zirzəmi bundan daha böyük zirzəminin içində yerləşdiyindən birinci zirzəmi adlandırlır. Mən özü məsələn keçən ay düz dörd dəfə ikinci zirzəmidə oldum. Bilirsən necə rahat idi. İçəridən burdakı kimi nəm yuyucu tozu iyi gəlmir. Hələ üstəlik ilk dəfə zəif də olsa birinci mərtəbədən içəri axan gün şüalarını gördüm. Birinci zirzəminin qapısı xana dəmirlərdən ibarətdir, yəni qapıdan rahatca yuxarı mərtəbədə olanları görmək olur. Mənə söz veriblər ki, gələn ayın partiyasını vaxtında qurtara bilsəm məni birinci zirzəmidə yerləşdirəcəklər. Bilirsən necə əntiqqədir gün işığı. Gözlərim yaman qamaşmışdı.
- Sən məgər indiyə dək, gün işığı görməmişdin
- Yox..
Yuxarıdan ayaq taqqıltısının səsləri gəldi. Qızcığaz çox diksindi. Halbuki Fərid ilk dəfə idi ki, qızın sifətinin belə dəyişdiyini görürdü. Qız başa düşmüşdü ki, taqqıltı bilərəkdən ona xəbərdarlıq etməyə niyyətlənmiş bir jest idi. Görünür, maşın söndürüldüyündən, artıq uğultu səsi yuxarı mərtəbələrə çata bilmirdi. Ev sahibi isə məhsuldarlığın azalmasını istəməyən qatı kapitalist kimi yol verə bilməzdi ki, qul uşaqlar işləmək əvəzinə çənə vursunlar.
*** *** ***
Fəridin təxmini hesablamalarına görə, ən azı iki il ötmüşdü, son dəfə anasını gördüyündən. Buna rəğmən elə gündüz, elə gecə olmazdı ki, sevimli anasını xatirələrində yad etməsin. Qızcığazla yaxın dosta çevrilmişdi. Həmin qızın adı Jalə idi. Adətən uzun müddət eyni insanla eyni məkanda qaldıqda bütün ictimai maskalar yerə düşür. Halbuki bunu heç bir vəchlə, hədələyici heybətli, bununla belə çox gözəl Jaləyə ayırd etmək olmaz. Əvvəldən necə soyuqqanlı, təbəssüm defisitli bir matəm idisə, elə də qalmaqda idi. İiki il keçsə də, Fərid nadir hallarda üzündə təbəssüm şahidi olurdu. Bununla belə özlərindən başqa heç kimlə ünsiyyət qurmaq imkanı olmadığından möhkəm “dil-daş”-a çevrilmişdilər.
İki il kifayət etdi ki, Fərid etibarlılıq dərəcəsinə yetişib, birinci zirzəmiyə giriş hüququ əldə etsin.
- Fərid, qara sap topu qurtardı, nə qədər Kərəm kişi, səsini işə salmayıb, qaç yuxarıdan götür.
İki ay olardı ki, birinci və ikinci zirzəmilər arasında olan qapı açıq vəziyyətdə idi. Bir şərtlə qapının açılı qalmasına razı qaldılar ki, soyuqqanlı Jalə, özündən yaşca bir novruz böyük olan Fəridi öz öhdəsinə gətirsin. Jalənin sədaqətinə tam əmin olsalar da, Fəridin qeyri-adi hərəkətləri və anormal görünən istəkləri ev sahiblərini yaman qorxudurdu.
Fərid başını bulayaraq yellənə-yellənə piləkanları qalxdı. Üst zirzəmi alt zirzəmidən fərqli olaraq o qədər də geniş deyildi. İkincinin yarısı boyda olardı. Həm də bu zirzəmi içində olan hər şey olduqca səliqəli şəkildə çeşidlənmiş, maksimal dərəcədə boş yer saxlamaq üçün millimetrinə kimi dəqiq yerbəyer olunmuşdu. Bu zirzəminin təmizliyini nədənsə Fəridlə Jaləyə həvalə etmirdi ev sahibəsi və sahibi. Jalə bunun səbəbini başa düşsə də, Fəridin onsuz da öz yanaşmalırı və fərziyyələri ilə oturub durduğunu bilib, bu barədə açıqlama verməyi artıq sayırdı.
Açıq qapıdan təzə keçmişdi ki, çox qəribə bir dəyişiklik duydu interyerdə. Elə bil gün işığı əvvəlkindən daha çox işıqlandırırdı monoton suvaq divarları. Gözlərini yerdən qaldırıb önə zillədikdə, bir neçə saniyə ağzı açıq şəkildə donub qalmalı oldu. Belə halla bu lənətə gəlmiş zirzəmidə sözün əsl mənasında qulluq etdiyi müddətdə ilk dəfə idi ki, rastlaşırdı. Azdan-çoxdan Jalədən də öyrənmişdi ki, belə hal bu evdə heç vaxt baş verməyib və baş vermə ehtimalı yoxdur belə. Neyləmək olar ki, gözlə görülən şey tam başqa bir haldır. Bədənində fizioloji inkişaf getdiyindən, məntiqi düşüncələri və götür-qoy, öncədən görmə bacarıqları getdikcə təkminləşirdi. Özündə bunu hiss edən Fərid, ağlında ancaq əsirlikdən qaçmağın yolları keçirdi. İyirmidən çox variant gəlmişdi ağlına son bir ildə. Amma belə asan variant, taleyin öz qanadlarında endirdiyi bir “imkan” ölsəydi də ağlına gəlməzdi. Əsas zirzəmiylə birinci mərtəbə arasında olan dəmirbarmaqlılıq tay-ba-tay açıq idi. Evdən qaçmaq üçün bundan əlverişli imkan ola bilməzdi. İki il bundan öncə belə bir vəziyyətə düşsəydi, əlbəttə ki, gördüyü saniyədən etibarən, fikirləşmədən, qapıya doğru şığıyardı. Ancaq fizioloji “böyümə” öz sözünü demişdi. Skeptisizmin ilk notları çalınmışdı Fəridin beynində. “Bəlkə ev yiyəsi, qapının arxasında durub, mənim nə edəcəyimi gözləyir, məni yoxlayır...yoxlayır ki, görsün qaçacam yoxsa qaçmayacam.” , “Bəlkə Kərəm kişi qapını ona görə açıq qoyub ki, yuxarıdan ağır bir nəsə daşıyacaq içəri, ...qapı mane olmasın deyə.”, “Bəlkə...”
Fərid özü də belə tərəddüdlərin hardan gəldiyini tapa bilmirdi. Nəhayət “ləhnət şeytana” deyib, casusyana, xırda səssiz addımlarla qapıdan başını çıxardı. Xeyr. Heç kim yox idi qapı arxasında. Birinci variyanta bir quş. Deməli elə, ev sahibi və ya sahibəsi qapını yaddan çıxarıb açıq qoyublar. Qulağını lakator tək qapıdan çölə istiqamətləndirdi. Həyətdən gələn quş səslərindən və qaynayan çaynikin fitindən başqa heç bir səs gəlmirdi. Fərid çox sevindi. Əgər çay qaynayıb özünü öldürürsə, və buna əhəmiyyət verən yoxdursa deməli, evdə elə bir fors-major baş verib ki, zirzəminin qapısını da bağlamaq yaddan çıxıb. Fəridin bildiyinə görə, Kərəm kişinin arvadı sonsuz idi, və yaşlı olmalarına rəğmən övladları yox idi. Fərid ev sahibəsinin ona və Jaləyə qarşı ərindən fərqli olaraq çox nəzakətli olmasının səbəbini ancaq bununla izah edirdi. Jalə və Fərid, Səidə xanımçün bir növ surroqat idi – bir növ övlad əvəzi. Ərinin evdən getdiyini eşidən kimi, uşaqların yanına düşüb, saatlarla uşaqlarla şirin-şirin söhbət edərdi.
Artıq tələsmək gərəkirdi. O qədər həyəcanlandı ki, Jaləni də arxasınca aparmaq yadından çıxdı. Bədəni tam şəkildə qapı çərçivəsindən bayıra çıxdı. Çox qəribə idi. Son iki ildə ilk dəfə idi ki, zirzəmidə deyildi. Piləkanı qalxırdı ki, arxadan möhkəmcə bir dartıntı hiss etdi. Çevrilib gördü ki, Jalə gözlərindən yaş gələ-gələ, onu buraxmaq bilmir, səssiz şəkildə elə hey uzunboğaz çəhrayı vodolaskasından içəriyə doğru dartır. Fərid aqressiv şəkildə qızın zərif əllərini boşaldıb, var gücüylə özündən itələyir. Jalə yerə sərilib, göz yaşlarını daha da sürətləndirir.
- Fərid, sən qaçsan ikimizi də öldürəcəklər. Qurban olum getmə...Burda nə pis var ki, Səidə xala bizə ana kimi baxır, yeməyimiz var, içməyimiz var...daha Kərəm kişi də əvvəlki qədər döymür bizi...Nolar getmə...
Fəridin ağlında yalnız anası olduğundan həmişə soyuqqanlı davranmış Jalədə gedən belə kəskin psixoloji dəyişiklik belə onun qətiyyətinə təsir edə bilmədi.
- Dalımca gəlirsənsə gəl...Gəl qaçaq...ta bundan yaxşı imkan düşməz əlimizə.
Jalənin inkar əlaməti olaraq üzünü dizləri arasında gizlətdiyini görüb, əlini “Eh” deyənlər kimi, havada süzdürüb, zirzəmini tərk etdi. Ev Fəridin gözlədiyi kimi, o qədər də, böyük deyildi. Zirzəminin pilləkanları mətbəxə aparırdı. Mətbəxdən isə həyət aydınca görünürdü. Gözünə düşən ilk günəş şüası, həmin anca Fəridi müvəqqəti kor etdi. Təxminən bir dəqiqədən sonra, qızarmış gözlərini açan Fərid, pəncərədən gözəl bir bahar mənzərəsinin, çiçəklənmiş alça ağacı, yaşıllaşmış kol-kos, şehli həyət hasarı və digər göz oxşayan şeylərin şahidi oldu. Tərəddüd etmədən mətbəxin çölə çıxan qapısına tərəf istiqamət aldı. Qapını açan kimi üzünə sərin yel vurdu. Gözlərini yumub, həqiqətən “yolunu çox gözlədiyi” bu sərin yeli nəfəsiylə içinə aldı. Azadlıqla əsirliyin arasında artıq yalnız həyət hasarı qalmışdı. Hasardan bir neçə metr kənarda durub, gözləriylə o qədər də hündür olmayan hasarı aşmağı bacarıb-bacarmayacağını hesabladı. Təkan alıb var sürətilə hasara tərəf qaçdı və yığdığı enerjiyə iki əl, iki ayaqla, iki cəhddən hasarın üstünə çıxdı. Hasarın çölünə nəzər salmaq belə vəziyyətdə yersiz olduğundan, ilk növbədə hasardan aşağı düşməyə çalışdı. Aşan zaman hasarın kubikinin üzərində biz kimi çıxmış bir neçə balıqqulağı sağ əlini iki yerdən kəsdi. Fəridi çox sevindi ki, əli dərin cızılsa da, qanlamadı. Ətrafa göz gəzdirmək olardı. Ancaq bu göz-gəzdirmə günəşin qızmar istisində belə onu ikinci dəfə dondurdu. Ətrafdakı evlər, həyətlər, futbol meydançasından da böyük tərəvəz sahəlir deyildi, Fəridi donduran. Onu donduran ətrafda dolaşan insanlar idi. Hara baxırdı işləyən həm yaşıdlarını görürdü. Biri su daşıyır, o biri, torpağı şumlayır, biri hasar hörür o biri, Fəridə naməlum ancaq daha çox portativ su kaçalkasını xatırladan yad mexanizmi təmir edir. Hamı nimdaş boz və qəhvəyi, solğun geyimlərdə. Hamının üzləri ləkəli. Gözləri yorğun. Fərid dəhşətə gəlmişdi. O, qullar şəhərində idi bütün bu zaman ərzində. Jalə necə də düz deyirdi, ev sahiblərinin onlara qarşı münasibətlərini tərif edəndə. Bir öz əynində olan təmiz paltara baxdı, birdə həmyaşıdlarının geydiyi, yağlı-ləkəli, uzaqdan belə iy verən geyimlərinə. Mütləq fərq göz qabağında idi. Əlində özündən iki dəfə ağır bir kisəni yerə sürüyə-sürüyə aparan qız Fəridə əhəmiyyət verməyirmiş kimi yanından ötüb keçdi. Maraqlısı onda idi, ki, bu uşaqların başının üstündə heç bir nəzarətçi, heç bir sahib olmasa belə, ağıllarından qaçmaq, azadlığa çıxmaq fikri keçmirdi. Sanki barışmışdı hər kəs acı taleyi ilə. Xeyr. Fərid özünə and verdi ki, heç zaman belə pessimistlərin, həyatdan əl üzənlərin halına düşməyəcək. Xeyr o, anasını tapmalı idi. Anası üçün burnunun ucu göynüyürdü. Atası evdə nadir hallarda olduğundan, ona qarşı o qədər də məhəbbət bəsləmirdi. Halbuki ailədən kənarda istinkt və himayə effekti əlbəttə ki, onu anadan sonra ikinci ən əziz adam edirdi Fəridə.
Anasının yadına düşməyindən idi, ya başqa şeydən, Fərid əmin idi ki, elə bu dəqiqəcə tərəvəz sahəsində, dizüstə oturub qabarmış əlləriylə alaq edən, kol-kosu kökündən çıxaran Jalə yaşlı bir qarabəniz qıza, uzun qara saçlı bir xanımın yaxınlaşdığını gördü. Uzaqda olduğundan sifətini aydın seçə bilmədi. Qadın uşağın qarşısında əyilib, başını sığalladı və ona bir-iki kəlmə nə dedi-nə demədi, bayaqdan bəri tutqun sifətli, çirkin sifətli uşaq gülümsəyərək, əsl məsum sifətini aşkar etdi. Fəridin ürəyi bərk-bərk döyündü. Uzaqdan bu necə də Fəridin anasına bənzəyirdi. Bir addım atıb, ikincini atmağa tərəddüd etdi. Xanımın sağ əliylə peysərini qaşıması onun bütün sinirlərini oyandırdı. Ola bilməz. “And olsun ki, mənim anamın belə vərdişi var idi...İkinci belə xanıma dünyada rast gəlmək mümkünsüz şeydir...” Var gücü ilə qışqıraraq “Ana...ay ana” deyə nə ki enerjisi var verdi anası istiqamətində şütüyən ayaqlarına. Anası isə onu eşitmədiyindən, hələ də qızla söhbət etməkdə idi. Nəhayət anasına çatıb, xəbərdar etmədən, boynundan sarıldı. Qadın da, yanında dizüstə əyləşmiş qızcığaz da çox diksinib, kənara atıldılar. Xanım üzünü çevirən zaman, sanki Fərid üçün dünyanı baş-aşağı çevirdilər. Qadın onun anası deyildi. Qadın şoka düşdüyündən, qul oğlandan belə qəribə hərəkətin izahını da istəməyə heyi olmadı. Fərid isə torpağa disüstə oturub, ovuclarını və başını nəm torpağa çırpdı. Ətrafdakıların belə paranoik tamaşanı seyr etməkdən başqa bir əlacı qalmamışdı. Başını artıq üçüncü dəfə torpağa çırpandan sonra gözlərinin qeyri-iradi şəkildə qapandığını hiss etdi.
|
|
Что бы иметь возможность оставлять комментарии вы должны пройти авторизацию. Если вы еще не зарегистрированы на сайта, то вы легко можете это сделать тут.
|
|
Больше читаемые блоги
yazaraz
yazaraz.kitabxana.net (4880)
Статьи / книги

Автор: Гид
| 
Автор: Stən Barstou
| 
Автор: İskəndər Etibar
| 
Автор: Могаммед Амани
|
|